kanal1

İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR

Tarix:18-02-2023, 17:36
Baxış Sayı:15

İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR

Fevralın 18-də Bakı şəhərində Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanınmış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, MDB ölkələri və Avropanın nüfuzlu hüquqşünasları iştirak edib.

Öncə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb.

O, tədbirin keçirilmə məqsədini belə izah edib:

“Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə izah edək ki, müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirmək mümkündür. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var”.
O, Türkiyə və Suriyada baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib və bildirib ki, baş verən fəlakət səbəbilə ailəsini itirən uşaqlar üçün dərin kədər hissi keçirir:

“Türkiyədə və Suriyada baş verən zəlzələ səbəbi ilə vəfat etmiş bütün vətəndaşlara rəhmət diləyirəm. Fikirləşirəm ki, kimsəsiz qalan uşaqlar üçün bir hesab yaradılmalıdır və biz onlara maddi yardım edərək bəzilərinin xərclərini öz öhdəmizə götürməliyik”.

O, ötən il çox vacib hadisənin baş verdiyini deyib. Qeyd edib ki, assosiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçilib: “Keçən ilin sonuna yaxın İlham Rəhimov Rusiya Elmlər Akademiyasının ilk xarici nümayəndəsi olub, o, həmçinin Rusiya Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub”.

Daha sonra RF Elmlər Akademiyasının müxbir üzvü, REA Rəyasət Heyətinin üzvü, REA-nın Dövlət və Hüquq institutunun direktoru, hüquq elmləri doktoru, professor Savenkov Aleksandr Nikolayeviç giriş nitqi söyləyiblər.

REA-nın akademiki, REA Rəyasət Heyətinin üzvü, REA-nın prezidentinin müavini, RF hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Taliya Yarullovna Xabriyeva bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələr üçün aktual hesab olunur: “Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb”.

Konfransın mövzusu ilə bağlı Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Nikolayeviç Baburin (Rusiya), “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev (Bolqarıstan) və Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, RF İstintaq Komitəsinin Akademiyasının professoru Yuri Vladimiroviç Qolik (Rusiya) məruzə ilə çıxış ediblər.

Məruzələr dinləndikdən sonra konfrans iştirakçıları çıxış ediblər və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR
İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR
İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR
İlham Rəhimov Bakıda beynəlxalq konfrans keçirdi — FOTOLAR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...

“Belə pul qazanmaq əxlaqsızlıqdır“ - Turizm şirkətlərinin qanunsuz qazanc yeri