kanal1

“Hazırda qala divarı normaldır, heç bir problem yoxdur”

Tarix:26-04-2019, 11:47
Baxış Sayı:61

“Hazırda qala divarı normaldır, heç bir problem yoxdur”


Azərbaycan "Formula 1" kimi çox önəmli və dünyanın diqqətini cəlb edən yarışlar ərəfəsindədir. Yəni hamının diqqəti Azərbaycanın üzərindədir.

Beş.az xəbər verir ki, bunu "Sherg.az"a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Ekspert vurğulayıb ki, beynəlxalq oyun arasında ölkəmizdə neqativ, pozitiv nə baş versə, diqqət cəlb edəcək:

"Bu məqamı nəzərə alan bəzi adamlar köhnə şəkilləri paylaşaraq təbliğat qururlar. Onların məqsədi ictimai rəyi çaşdırmaq və Azərbaycana beynəlxalq təzyiq göstərilməsinə nail olmaqdır. Sosial şəbəkələrdə yazırlar ki, UNESKO tərəfindən qorunan divarları guya söküb-dağıdırlar. Ancaq sonra "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi video-görüntü yaydı və bəlli oldu ki, orada sadəcə bərpa işləri aparılıb. Yayılan fotolar da 2012-ci ilə aiddir. Hazırda qala divarı normaldır və heç bir problem yoxdur".

A.Həsrətin sözlərinə görə, məqsəd "Formula 1" ərəfəsində Azərbaycanın adını qara siyahılara saldırmaqdır:

"Amma burada bir məqam var. Məsələ ondadır ki, dünəndən həmin görüntülər paylaşılır, ancaq "İçərişəhər" DTMQİ-si çevik davrana

bilmir. Mən özüm əvvəlcə o şəkilləri görəndə əsəbləşdim ki, niyə bunu edirlər?! Təəssüflər olsun ki, Qoruq İdarəsi bir gün sonra həqiqəti əks etdirən fotoları yayımladı. Bu da onu göstərir ki, bəzən müvafiq dövlət qurumları operativ hərəkət edə bilmirlər. Nəticədə ictimaiyyətdə ajiotaj yaranır. İstərdim ki, bu cür məsələlər baş verəndə dövlət qurumları məsuliyyətini anlasın və dərhal ictimaiyyətə açıqlama versin. Fotolar paylaşılan kimi dərhal jurnalistləri həmin yerə dəvət etmək olardı. Amma bunun əvəzinə sosial şəbəkədə tənqid yazanları bloklamağı üstün tutdular. Halbuki ətraflı və dərhal izah etmək daha məqsədəuyğun olardı".

İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb - KİV
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
"Dəfələrlə Ağdaş Rayon Təhsil İdarəsinə müraciət etmişəm, AMMA..." - GİLEY
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
“Zeytun Pharma” firması və apteklər şəbəkəsi belə cəzalandırıldı
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
Bu xərclər qismən geri ödəniləcək - Sərəncam
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb? -AÇIQLAMA
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..
“İdeal Motors” cərimələnə bilər
“İdeal Motors” cərimələnə bilər