AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, iyulun 30-dakı tədbir videokonfrans formatında təşkil olunacaq.
Saat 14:00-da başlayacaq iclasın gündəliyinə daxil olunan yeganə məsələ “Qəbələ” və “Zirə” klublarının müraciətidir.
Hər iki klub Azərbaycan Premyer Liqasının 2020/21-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi ilə bağlı müraciət ünvanlayıb.
Komitə müraciətləri müzakirə edərək müvafiq qərar verəcək.