kanal1

Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"

Tarix:22-11-2024, 11:18
Baxış Sayı:0


“Oğuzda şəhid ailələri arasında ayrıseçkilik edilir.” – bu fikirləri saytımıza açıqlamasında şəhid Zaur Əliyevin qardaşı İslam Əliyev bildirib.

İslam Əliyev bildirir ki, icra strukturları 2020-ci ilə qədər şəhid olan ailələri ziyarət etmir.

“Oğuz rayon komisarliğinda qeydiyyatda olan cəmi 96 şəhid var . Onlarin 26 -sı 2020-ci ildə Vətən Müharibəsində və ondan sonra şəhid olub. Oğuz rayonu İcra Hakimiyyətinində olan ümumi siyahıda isə 109 şəhid var. Bunların bir neçəsi rəsmən başqa rayonlarda qeydiyyatdadır və müəyyən səbəblərdən Oğuzda dəfn olunublar. Lakin nədənsə icra strukturları yalnız Vətən Müharibəsində şəhid olan ailələri diqqətdə saxlayırlar. Bu gün mənim qardaşım Zaur Əliyevin şəhid olduğu gündür. Lakin heç bir dövlət rəsmisi mənim qardaşımın şəhid olduğu gündə bu tədbirlərdə iştirak etmədi. Bunu biz ailəmizə qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Mən və qardaşlarım vətənə sədaqətlə xidmət etmişik. Ailəmizin bir neçə üzvü Qarabağ savaşının iştirakçısıdır. Yəqin ki, Oğuz rayon İcra hakimiyyəti bu ayrı-seçkiliyi aradan götürəcək. Rayonumuzun yeni başçısı Cavid Əbdul-Qədirov yəqin ki, öncəki icra başçılarının ayrı- seçkiliyinə son qoyacaq. Hər bir şəhidimiz bizim üçün əzizdir. Onlar bizim qardaşımız, oğlumuzdur. Ruhları şad olsun.” -deyə İslam Əliyev bildirib.

veteninfo.az

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb