Gəncədə intihar hadisəsi baş verib.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evdə baş verib.
Şəhər sakini 84 yaşlı İbrahim Niftalıyev yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihar edib.
İlkin məlumata görə, İ. Niftalıyev həyat yoldaşı Fatimə Bağırovanı döydükdən sonra intihar edib. Qadın isə bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.