kanal1

" RƏML ATIRAM,FALA BAXIRAM"

Tarix:31-01-2025, 17:00
Baxış Sayı:75


"Bir Qalanın Sirri" filmindəki mənfi qəhrəman Goygöz Kosa yaşasaydı bu günkü dövrümüzün gözbağlayıcı sehrbzlarının əməllərinin qarşısında aciz qalardı.
Yalanın,fırıldağın baş alıb getdiyi bir zəmanədə insanlarda baxıcılara, fala marağın böyük olması düşündürücüdür.
Son zamanlar yalançı,dələduz falçıların özfəaliyyəti biz mətbuat işçiləri tərəfindən işıqlandırılmasına baxmayaraq,görünür bu da, bu qədim peşə sahiblərini durduracaq qədər yetərli deyil.Elə bu istiqamətdə
İctimailider.az saytına daxil olan məlumatdan da belə görünür:
Şəmkir şəhər sakini,adının çəkilməsini istəməyən xanım belə yalançı, fırıldaqçılığın növbəti qurbanlarındandır. Onun sözlərinə görə həmyerlisi Ülviyyə adlı xanım qeyri-qanuni olaraq falçılıqla məşğul olur. Heç bir rəsmi icazəsi olmayan, tanımadığı insanların falına baxmayan, bəxtini açmayan Ülviyyə xanımın falçılıq fəaliyyəti dairəsi kifayət qədər genişdir: bəxt açmaq,bəxt bağlamaq,qız vermək,qız almaq, yol açmaq və s. Və şübhəsiz ki, hər bir işin də öz qiyməti var:
Şəmkirdə bəxt açan kimi tanınan Ülviyyə adlı xaımın fala baxmağında elə də bir özəlliklər yoxdur: Bir çox həmkarları kimi adını və ana adını soruşur, sonra da ona müraciət edən qurbanlarından birinin ya bəxtini, ya da ki bağlı yollarını açacağına bir daha inandırır.
Bu yazdıqlarım, insanları aldadaraq taleyi ilə oynayan Ülviyyə adlı xanımın özfəaliyyətinin iş prinsipinin təsviridir.
Şikayətçi onu da qeyd edir ki, Ülviyyə adlı həmin baxıcı ona pənah gətirən cahil insanların gələcək taleyinə baxmaq üçün 20 manat,əməl edib,bəxt bağlamaq üçün isə 100 manatdan başlayan qiymətlərlə insanlara əməl cadu edir.
Dəyərli İctimailider.az oxucuları!
Mən bir yazar olaraq Şəmkir şəhərində qanunsuz fəaliyyət göstərərək insanları aldadan Ülviyyə xanım haqqında çox araşdırmalar aparacaq, növbəti araşdırmalarla bu mövzu ilə bağlı geniş yazı hazırlayacağam.
Diqqətiniz bizdə olsun.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
“Elta Development QSC” şirkəti Kəbəcər sakininin pulunu mənimsəyib - ŞİKAYƏT / FOTO
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
Cavid Qurbanovun adamı Qarabağ qazisini ADAM YERİNƏ QOYMUR - ÖZBAŞINA QALIBLAR...
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
İsmayıllıda dağı hansı məmur zəbt edib- Video
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
Estetik-kosmetoloq Töhfə Bayramova tibbi elminə verdiyi tohfələri: Seminarlarda iştirak edərək özünü doktor elan edib…..
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
 “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” - İTTİHAM VAR...
Təzəpir məscidində bayram namazı qılınıb
Təzəpir məscidində bayram namazı qılınıb