kanal1

Müdafiə Nazirliyi bir daha erməni dezinformasiyaları haqda

Tarix:16-07-2020, 16:30
Baxış Sayı:62

Müdafiə Nazirliyi bir daha erməni dezinformasiyaları haqda m
Azərbaycan Müdafiə Nazirliyinin xüsusi təyinatlıları Ermənistan ərazisində heç bir təxribat fəaliyyəti həyata keçirməyib, Ermənistan tərəfinin bütün bu açıqlamaları növbəti dezinformasiyadır.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

“Bu, Ermənistan ordusunun daha bir yalan məlumatıdır. Məqsədləri cümə axşamı səhər Azərbaycanın mövqelərinə edilən hücumu əsaslandırmaqdır. Xüsusi təyinatlılarımız Ermənistan ərazisində heç bir təxribat aparmayıblar. Buna görə də, təbii ki, nə canlı qüvvə, nə də texnka sarıdan itki yoxdur",-deyə V.Dərgahlı bildirib.

Mətbuat Xidmətinin rəisi əlavə edib ki, Azərbaycan xüsusi təyinatlıları arasında ümumiyyətlə, heç bir itki ola bilməz, çünki onlar Ermənistanla sərhəddəki hərbi əməliyyatlarda iştirak etmirlər.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovhannisyan bu gün bildirmişdi ki, Azərbaycan Silahlı Qüvvələrinin "Yaşma" xüsusi təyinatlı bölməsinin 100-ə yaxın hərbçisi Ermənistan silahlı qüvvələrinin şimal-şərqindəki sərhəd mövqelərini ələ keçirməyə cəhd göstərib.

Virtualaz.org

Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
 Balakəndə İcra məmuru aldığı rüşvəti geri qaytardı
Qurban bayramında 4 gün tətil olacaq
Qurban bayramında 4 gün tətil olacaq
Nazirdən yeni təyinat
Nazirdən yeni təyinat
” Bravo”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb
” Bravo”da məhsul üzərində göstərilən qiymətdən baha satılıb
Vəzifəli şəxs içkili halda qəza törədib?
Vəzifəli şəxs içkili halda qəza törədib?