kanal1

Deputat Prezidentin ictimai qınaqla bağlı dediklərini şərh etdi

Tarix:25-06-2020, 17:28
Baxış Sayı:39

Deputat Prezidentin ictimai qınaqla bağlı dediklərini şərh etdi“Prezident İlham Əliyev 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizəyə dair geniş nitq söylədi. Prezident bildirdi ki, dövlət üzərinə düşən vəzifələri ən yüksək səviyyədə icra edib və bundan sonra da belə olacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, xüsusi karantin rejimi ilə bağlı son yumşalma tədbirlərindən sonra insanlarda koronavirusa münasibətdə inamsızlıq yarandı.

Millət vəkili söyləyib ki, bir qisim insan qoyulan qaydalara əməl etməkdən boyun qaçırdılar.

“Belə vətəndaşlarımızın ucbatından son günlər görürük ki, virusa yoluxanların sayı artır. Buna görə də, ölkənin səkkiz şəhər və rayonunda 14 günlük sərt karantin rejimi tətbiq olundu. Amma sərt karantin rejimində də bəzi vətəndaşlar sosial məsuliyyətlərini dərk etmirlər. Prezident bir daha qeyd etdi ki, məhz bu cür vətəndaşların ucbatından dövlətin gördüyü mübarizə tədbirləri effektini itirdi”, - deyə, C.Osmanov əlavə edib.

Deputatın sözlərinə görə, vətəndaşların məsuliyyətsizliyi ölkənin iqtisadiyyatına da ziyan vurur. O, prezidentin qapalı yerlərdə tibbi maskadan istifadə etməsinin də nümunəvi olduğunu diqqətə çatdırıb:

“Ölkə başçısı dedi ki, o, qapalı yerlərdə tibbi maskadan istifadə edirsə, hər bir Azərbaycan vətəndaşı qoyulan qaydaları yerinə yetirməlidir. Əks təqdirdə, ölkəmizdə səhiyyə sistemi çökə, iqtisadiyyatımız daha çox zərər görə bilər. Prezident məsuliyyətsiz vətəndaşlara qarşı ictimai qınağın vacibliyini də vurğuladı”.

Xatırladaq ki, iyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.

Prezident çıxışında deyib ki, koronavirusla mübarizədə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır:

“Mən bu məsələ ilə bağlı operativ qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik”.

Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO