kanal1

Ermənistan itkin vətəndaşlarımıza dair məlumatları təqdim etmir - Əli Nağıyev

Tarix:31-10-2022, 20:12
Baxış Sayı:5

Ermənistan itkin vətəndaşlarımıza dair məlumatları təqdim etmir - Əli Nağıyev


Oktyabrın 31-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Draqana Koiçi qəbul edib.

ictimailider.az DTX-nın saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının sədri Əli Nağıyev görüşdə BQXK-nin ölkəmizdə həyata keçirdiyi humanitar missiya, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Qarabağ müharibələri zamanı itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyənləşdirilməsi və axtarış prosesinin davamlı olaraq intensiv şəkildə aparılması, Ermənistanın itkin vətəndaşlarımıza dair məlumatları təqdim etməməsi ilə bağlı fikirlərini bildirib.
DTX rəisi həmçinin son dövrlərdə işğaldan azad olunmuş ərazilərdə aşkarlanan Azərbaycan vətəndaşlarına məxsus meyit qalıqlarının ekshumasiyası və eyniləşdirilməsində göstərdiyi dəstəyə görə BQXK-yə minnətdarlığını ifadə edərək, Azərbaycan cəmiyyətində yüksək narahatlıqla qarşılanan yuxarıda sadalanan hallarla bağlı BQXK ilə birgə səylər sayəsində tezliklə konkret nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.

Xanım Draqana Koiç isə öz növbəsində səmimi qarşılanmaya görə təşəkkür edib, gündəlikdə duran önəmli məsələlərin həlli istiqamətində qarşılıqlı səmərəli münasibətlər çərçivəsində vacib addımların atıldığını diqqətə çatdırmaqla BQXK-nin son zamanlarda həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə eyni zamanda, hər iki tərəf üçün maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - TƏFƏRRÜAT
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
“Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası...
`Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası...
Əməkdaşı Ağadadaş Ağayevlə məhkəmə çəkişməsində olan mühafizə xidməti cərimələndi
Əməkdaşı Ağadadaş Ağayevlə məhkəmə çəkişməsində olan mühafizə xidməti cərimələndi
Yunanıstan Ermənistana “S-300” göndərəcək
Yunanıstan Ermənistana “S-300” göndərəcək
İcra başçısı məhkəmə sədrinin toxunulmazlıq hüququna necə “şərik çıxıb”?
İcra başçısı məhkəmə sədrinin toxunulmazlıq hüququna necə “şərik çıxıb”?
Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
Sumqayıtda antisanitariya: "Zibil qabları günlərlə daşınmır" - FOTO
ŞOK! Kürdəxanıda COP 29 çərçivəsində salınan yaşıllığı COP-dan 1 gün sonra məhv etdilər VİDEO
ŞOK! Kürdəxanıda COP 29 çərçivəsində salınan yaşıllığı COP-dan 1 gün sonra məhv etdilər VİDEO