kanal1

Avropada gizli kəşfiyyat xidmətləri jurnalistlərə casusluq təklif edir

Tarix:17-10-2022, 23:04
Baxış Sayı:7

Avropada gizli kəşfiyyat xidmətləri jurnalistlərə casusluq təklif edir


Avropa ölkələri casus jurnalist axtarışındadır.

Avropanın gizli kəşfiyyat xidmətləri olan Hollandiya Kəşfiyyat İdarəsi (AIVD) və Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) jurnalistlərə casusluq təklif edir.

Avropanın etibarlı qəzetlərindən biri olan NRC-nin xüsusi xəbərinə görə, ölkədəki məxfi kəşfiyyat xidmətləri mütəmadi olaraq jurnalistlərə gizli mənbə, məlumat ötürücü və ya casus kimi fəaliyyət göstərməyi təklif edir.

Bununla bağlı Hollandiyanın aparıcı qəzeti olan NRC-yə 32 jurnalist müsahibə verib. Jurnalistlərin yarısı Hollandiya Kəşfiyyat İdarəsindən (AIVD) və Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətindən (MIVD) iş təklifi aldıqlarını bildirib. Qəzetin məlumatına görə, kəşfiyyat orqanları xüsusilə Yaxın Şərq kimi münaqişə zonalarında olan jurnalistlərlə əlaqə saxlamağa çalışır. NRC qəzeti keçən ay gördüyü AIVD-nin daxili yazışmalarına dair sənədlə bağlı da məlumat verib.

Qeyd edilib ki, onlayn xəbər platforması olan “PubLeaks”ə sızan, lakin dərc olunmayan bu sənəddə 8-i jurnalist olmaqla 21 kəşfiyyat mənbəsinin və casusun adları var.

NRC qəzeti bu sənədlə bağlı kəşfiyyat sahəsində çalışan 32 redaktor və müxbirdən müsahibə alıb. Bu jurnalistlərin yarısı Hollandiyadakı iki kəşfiyyat xidmətindən məlumat ötürmək, informator kimi fəaliyyət göstərmək və casusluq etmək təklifi aldıqlarını qeyd edib.

Belə təkliflərdən biri də türk əsilli jurnalist Sinan Cana gəlib. Sinan Can İraq və Əfqanıstanda xidmət etmiş mətbuat mənsubudur. Can bunun neqativ hal olduğunu bildirib və getdikləri ölkələrdə onların həyat təhlükəsizliyinin onsuz da problemli olduğunu, bu cür təşəbbüslərin isə onları daha da riskə atdığını vurğulayıb.

Jurnalistlərin sözlərinə görə, AIVD bəzi hallarda onlara pul ödəməyə hazır olduğunu söyləyib. Qəzetə müsahibə verən AIVD-nin keçmiş rəsmisi kəşfiyyat idarəsinin jurnalistləri işə götürdüyünü təsdiqləyib. Eyni zamanda Yaxın Şərqdə çalışan mətbuat işçilərinə üstünlük verildiyini də vurğulayıb. “Struktur olaraq bunun baş verməsi normaldır. AIVD əməkdaşları xaricdə şəbəkə yaratmaq məcburiyyətindədirlər. Jurnalistlər də bunun bir parçasıdır”, - deyə o açıqlama verib.

Mənbə: Haber Global

Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Azərbaycan 7-ci Etnosport Mədəniyyət Festivalında təmsil olundu
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Vüqar Qurbanov "Xaç atası" və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə "xox" gəlir
20 gündür axtarılan uşağın meyiti tapıldı
20 gündür axtarılan uşağın meyiti tapıldı
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
“Putinlə Zelenskinin görüşü hazırlanır”
“Putinlə Zelenskinin görüşü hazırlanır”