Milliinfo/az
Dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin sayı açıqlanıb
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası davam etdirilir. Pandemiya ilə əlaqədar fərdi (mikro) sahibkarlara verilməsi nəzərdə tutulan 80 milyon manatlıq dəstək tədbiri üzrə bu günə qədər 44 mindən çox iş adamına 32 milyon manatdan çox ödəniş edilib ki, bu da ayrılmış vəsaitin təxminən 40 faizi qədərdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva AzTV-nin "Hədəf" verilişində deyib.
O,həmçinin məlumat verib ki, muzdlu işçilər üçün nəzərdə tutulmuş 215 milyon manatlıq dəstək tədbiri üzrə 15 mindən çox sahibkarın 147 924 nəfər işçisi üzrə 33 milyon manatdan çox ödəniş edilib. Bu isə ayrılan vəsaitin 16 faizi edir.
Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını təqdim edirik (21.04.2020-ci il tarixә olan mәlumat):
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 80,0 milyon manat
Maliyyə dəstəyinin məbləği 48.235 vergi ödəyicisinə 34.353,7 min manat
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı 44.148 vergi ödəyicisi
Ödənilmiş vəsaitin məbləği 32.068,8 min manat