kanal1

"Çimnazla yataqda"ya görə söyülən aktrisa od püskürdü: - "Əxlaqsızlara ailəlikcə baxırsınız"

Tarix:29-06-2022, 19:36
Baxış Sayı:9

"Çimnazla yataqda"ya görə söyülən aktrisa od püskürdü: - "Əxlaqsızlara ailəlikcə baxırsınız"


"Çimnazla yataqda" yutub verilişinə görə tənqid, hətta təhqir olunan aktrisa Çimnaz Sultanova danışıb.

ictimailider.az moderator.az-a istinadla xəbər verir ki, aktrisa aparıcısı olduğu verilişin əxlaqsızlığı təbliğ etməsi ilə bağlı deyilənləri belə cavablandırıb:

"Xoş gördük, hörmət etdiyim əziz tamaşaçılarım. Son vaxtlar yaman tənqid edirsiniz məni və verlişimizi. Niyə? Soruşmaq ayıb olmasın! Deyirsiniz ki, əxlaqsızlıq , nə bilim nə. Əzizlərim, siz anonsa baxıb belə bir nəticə çıxarırsınız, amma çox rica edirəm, verlişimin içinə baxın və görün ki, orada nə ki 18+, heç 16 + da mövzular yoxdur".

Aktrisa verilişin "Çimnazla yataqda" adlandırılmasını belə əsaslandırıb:
"“Yataq, yataq, Çimnazın yatağında...” Əzizlərim, bu bir dekordur, bu bir anturajdır. Çimnaz burada yaşamır, Çimnaz burada yatmır. Pastel, yataq. Niyə məhz yatağı seçdik biz? İnsanın həyatda səmimi olduğu üç dörd yer var: içkili masada, içki içəndə, dostların yanında, ya da yataqda çox səmimi olur. Və verlişin məqsədi məhz budur. Qonağın səmimiyyətini görməkdir".

Çimnaz Sultanova, həmçinin onu da qeyd edib ki, bu format başqa ölkələrdə də olub: "Bu verilişi xaricdə çəksəydilər, bəh-bəhlə baxardınız, alqışlaya-alqışlaya izləyərdiniz. Nə oldu? Bu veriliş, bu verilişin formatı dünyanın çox yerlərində çəkilib, Mariya Şarapova, Sibel Can, Ajda Pekkan, Nüsret kimi qonaqlar belə bir proektdə iştirak ediblər".

"Bəziləriniz deyir ki, “mənim uşağım baxar!” Əzizim, sənin uşağın niyə baxır? Sən niyə uşağına telefon alırsan? Və onu nəzarətsiz buraxırsan? Telefon almısan, vermisən uşağın əlinə, əcəb etmisən! Zəhmət çək, "Youtube Kids" proqramını yüklə və uşağın qabağına ancaq uşağa məxsus olan videolar çıxsın" - deyə aktrisa vurğulayıb.

Aparıcı sözügedən verilişin uşaqlara mənfi örnək olması ilə bağlı deyilənləri isə belə cavablandırıb:

"“Uşaqlara örnək, örnək... “Nə örnək? Uşaqlara örnək valideyn olmalıdır! Mənə baxıb örnək götürməyi bilirsiniz kim edə bilər? İncəsənətdə oxuyan tələbələr. Mənim səhnə performanslarım, mənim danışığım, səhnə hərəkətlərim, rollarım, canlandırdığım obrazlarım - budur örnək! Amma hər bir uşağa örnək ilk öncə onun valideyni olmalıdır. Sonra əzizlərim, mənim verlişim yutubda çıxır. Yutub azad platformadır. Xoşunuza gəlmirsə, baxmayın! Kiməsə zorla özümüzü göstərmirik ki? Ya sizi vadar edirik ki, bizə baxın?! Xeyr əzizlərim! Ailəlikcə oturub xarici seriallara baxırsınız: Türk, rus serialları. Ordakı mövzulara, o dediyiniz “ əxlaqsızlıqlara” ailəlikcə baxırsınız , bəs nə olub?! Nə isə! Öpürəm!"

“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
COP29-un on ikinci günündən FOTOREPORTAJ
COP29-un on ikinci günündən FOTOREPORTAJ
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü