kanal1

İcra başçısı tenderi dostunun oğluna verib - ÖZBAŞINALIQ!

Tarix:20-06-2022, 10:34
Baxış Sayı:15

İcra başçısı tenderi dostunun oğluna verib - ÖZBAŞINALIQ!


Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də "Cari təmir işlərinin satınalınması" lotu üzrə satınalmaya yekun vurub.

ictimailider.az Qlobal.az-a istinadla xəbər verir ki, satınalmanın məbləği 16.998 manat, qalibi isə "VM SUPPLİYER" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də "Cari təmir işlərinin satınalınması" lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən "VM SUPPLİYER" MMC 2021-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb.

"VM SUPPLİYER" MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər ev 2, döngə ev 13 ünvanı, qanuni təmsilçisi isə Cahangirov Elbəyi Cahangir oğludur.

Xaçmaz rayonunda cari təmir aparacaq "VM SUPPLİYER" MMC-nin fəaliyyət profili, müqavilə ilə çalışan işçiləri və mühəndis heyəti barədə açıq internet resurslarında hər hansı məlumat yoxdur.

Əldə etdiyimiz məlumata görə qalib elan edilən "VM SUPPLİYER" MMC "Gəncə-Bazar” Açıq Səhmdar Cəmiyyətinin sahiblərindən biri olan Cahangir Cahangirova məxsusdur.

Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışarkən Gəncədə iş adamı kimi tanınan Cahangir Cahangirovla dostluq münasibətlərinin olduğu iddia edilir.

Məsələ ilə bağlı "VM SUPPLİYER" MMC ilə əlaqə saxlaya bilmədik.

Xaçmaz rayon İcra Hakimiyyəti isə mövqe bildirmədi.

“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
“İydə”nin rəhbəri ölkədən nə qədər valyuta çıxıarıb? - ARAŞDIRILIR
COP29-un on ikinci günündən FOTOREPORTAJ
COP29-un on ikinci günündən FOTOREPORTAJ
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
Oğuzda Şəhid ailəsi buna görə narazıdır - "...ayrıseçkilik edilir"
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
"Məndən 1000 manat RÜŞVƏT İSTƏYİR..." - İTTİHAM VAR...
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü