kanal1

Nazirlik işinin öhdəsindən gələ bilmir, yoxsa gəlmək istəmir? - Qaziyə dəyməyin, qıymayın!

Tarix:3-06-2022, 13:17
Baxış Sayı:10

Nazirlik işinin öhdəsindən gələ bilmir, yoxsa gəlmək istəmir? - Qaziyə dəyməyin, qıymayın!


Qazilərin iştirakıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən son məlum hadisə bir daha göstərdi ki, sosial təminat sahəsi sadəcə, qanunları bilmək, hesabat aparmaq, ixtisar və qənaət etmək, “qəpik güdmək” və nə yolla olursa olsun “molodes” qazanıb, öz yerini isti etmək yeri deyil. Bu sahədə çalışanların həm də milli təəssübkeşliyi, xalqa, millətə bağlılığı, canıyananlığı, mərdliyi, kasıbın halından anlamağı, bir sözlə, ÜRƏYİ olmalıdır!

Qanunun soyuq sifətindən, hansısa formal tələbindən, hərfindən, cümləsindən bərk-bərk yapışıb, insanlara standart, içi boş rədd cavabları verənlər hər nə qədər qanunvericiliyi, hesablamaları və s. bilsələr belə, bir qəpiklik mütəxəssis deyillər və qətiyyən nə dövlətə, nə xalqa, nə də hakimiyyətə xidmət edirlər!

Bunun nəticəsidir ki, bu gün Qazi aylarla, illərlə döydüyü, lakin heç cür üzünə açılmayan qapıları dözməyib təpiklə sındırıb açmaq məcburiyyətində qalır. Əlbəttə ki, buna haqq qazandırmaq olmaz, ancaq onu bu vəziyyətə gətirənləri də bağışlamaq olmaz...

Məlum komissiyalardakı süründürməçilik, ədalətsizlik, qanunlara istinad edilərək, min cür bəhanələr gətirilməsi kimi boşboğazlıqlar təsadüfə yox, təxribata bənzəyir. Çünki bu, beş günün, beş ayın məsələsi deyil. Müharibə bitən gündən bu narazılıqlar var və onlar yoluna qoyulmur ki, qoyulmur. Belə görünür ki, nazirlik işinin öhdəsindən ya gələ bilmir, ya da gəlmək istəmir.

Əgər istəmirsə, deməli hər şey mərdi qova-qova namərd etməyə, narazılıq, qarşıdurma yaratmağa hesablanıb. Qaziyə, əlilə qarşı saymazlığa, biganəliyə, süründürməçiliyə, yekəxanalığa hansısa başqa izah, ad tapmaq olmur.

Çünki onları qapılarda, növbələrdə süründürənlər, mənəvi və maddi sıxıntıyla üz-üzə qoyanlar, onların qarşısına çıxmağı özlərinə yaraşdırmayanlar bu xalqın, millətin yox, düşmənlərin arzusunu yerinə yetirirlər...
Ətraflı

Düşməndən Vətənin, millətin qanını, haqqını sökə-sökə alan Qazi nazirlikdəki hansısa papanın gül balasından dövlətin onun üçün nəzərdə tutduğu halal haqqını alınca canı boğazına yığılmalı deyil! “Müharibə bitəndən 2-3 il sonra şəhidi, qazini heç yada salan olmayacaq” deyən bədniyyətlərin “öngörənliyi” niyə özünü doğrultmalıdır axı?...

Demirik xirtdəyə kimi korrupsiyaya bulaşmısınız, soruşmuruq nazirliyinizdə yüksək vəzifə tutanların əksəriyyəti hansı yekə dayıların gül balalarıdır?!

Soruşmuruq dövlətin milyonlarını, on milyonlarını tender adıyla öz şirkətlərinizə necə ötürürsünüz?!

Soruşmuruq necə olur ki, aldığınız rəsmi maaşla lyuks həyat sürürsünüz?!

Soruşmuruq əsil-nəslinizdə Qarbağda burnu qanayan, ya barmağına tikan batan birisi olubmu?!

Soruşmuruq həyatınızda bircə an, bircə dəqiqə də olsa dövlətin əlinə baxan əlillərin, kasıbların, işsizlərin keçirdiyi aclıq, məyusluq, yoxsulluq, utanc hissi keçirmisinizmi?

Deyirik, heç olmasa Qaziyə dəyməyin, qıymayın!

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”

“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
“Sabah Şuşaya səfər etmək istərdim, lakin kəskin hava şəraiti var”
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər
Mehdiabaddakı 1 saylı orta məktəbdə "8 mart" yığımı başlayıb?! -...direktor aciz qalıb
Mehdiabaddakı 1 saylı orta məktəbdə "8 mart" yığımı başlayıb?! -...direktor aciz qalıb
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT