kanal1

Buralar da RUSDAN QALIB... - İLGİNC...

Tarix:24-02-2025, 12:55
Baxış Sayı:0


"Rusiyanın agentlərini qovuruqsa, gəlin xronoloji ardıcıllığa riayət edək! Rusiyanın Azərbaycanda yaratdığı ilk qurum Qafqaz Müsəlmanları İdarəsi olub. 1823-cü ildə..." "Dia.az" xəbər verir ki, bu açıqlama ilə çıxış edən tanınmış hüquqşünas Əkrəm Həsənov maraqlı idiada da bulunub.
O yazır: "Əslində İslamda “kilsə” institutu, yəni iyerarxik təsisat-filan yoxdur. Rusiya bu İdarəni sırf “kilsə”, xristian patriarxatı kimi yaratmışdı ki, müsəlmanları ələ ala bilsin. Buna görə də İdarənin əməkşdaları xəzinədən maaş alırdılar. Buna görə də İdarə imperiyanın maraqlarına xidmət edirdi. Məsələn, imperiyanın Osmanlı ilə müharibələri zamanı rus ordusuna xeyir-dua verirdi. SSRİ dövründə də eyni yanaşma idi. Məsələn, artıq 45 ildir həmin İdarəyə rəhbərlik edən Allahşükür Paşazadə Əfqanıstana yürüdülmüş Sovet ordusuna da xeyir-dua vermişdi. Bəli, SSRİ dağılanda şeyximiz hətta Qorbaçova da dil uzatmağa başladı. Amma ona o zaman dil uzatmayan qalmışdı ki? Polad Bülbüloğludan tutmuş DTK generallarınadək hamı söyürdü də Qorbaçovu. Bu da bir plan idi, oyun idi…
P.S. Ümumiyyətlə, dünyəvi dövlətdə belə mərkəzləşdirilmiş dini qurumun olması yolverilməzdir. Vicdan azadlığına ziddir. Dünyəvi dövlət ilk növbədə o deməkdir ki, dövlət dinə qarışmamalıdır (və əksinə). Bizdə isə Rusiyanın qoyduğu ənənə hələ də davam edir. Dini radikalizmin səbəblərindən biri də budur. Sıravi müsəlmanlar mərkəzləşdirilmiş dini quruma etimad etmir və asanlıqla radikalların caynağına keçirlər..."

Dia.az

Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
Rusiyaya uçan təyyarə Gürcüstan üzərində fəlakət siqnalı verib
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
“Azəriqaz” İstehsalat Birliyində yoxlamalar başladı – Qurum Namiq Məmmədovun qanunsuzluqları ilə bağlı hərəkətə keçdi
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Rusiyada helikopter qəzaya düşdü
Rusiyada helikopter qəzaya düşdü
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - TƏHLİL