kanal1

Fuad Hacıyevdə hardandı bu pullar?

Tarix:3-06-2022, 09:28
Baxış Sayı:113

Fuad Hacıyevdə  hardandı bu pullar?

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb.

Rektor özünə 1 milyona ev, həyat yoldaşına 440 min manata cip alib
Fuad Hacıyevdə  hardandı bu pullar?

ictimailider.az xəbər verir ki, rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir.

Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model "Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı "Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.“Bədən Tərbiyəsi və İdman Akademiyası üzgüçülük hovuzunun yenidənqurulması işinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.”

3 279 574 manatlıq tenderin qalibi “Qardaşlıq” MMC olub. Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.

Onu da qeyd edək ki, 2020-ci ildə də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ərazisində 3-cü tədris korpusunun tikinti işləri ilə balıda tender elan edilmişdi. Həmin tenderin qalibi isə “KAİZEN”” MMC olmuşdur. Akademiya qalib şirkətə 917 min 281 manat ödəyib.

Xatırladaq ki, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı zamanla mətbuatda təmir və tikinti adı altında yüz minlərlə dövlət vəsaitini mənimsəməsi ilə bağlı məlumatlar yayılıb.

Mətbuatda yayılan həmin məlumatlarda qeyd edilib ki, rektor Fuad Hacıyev Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pul ayırıb.

Birinci dəfə 119 min 768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və təmiri “Kleon” MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci dəfə 117 min 229 manatı “Sapfir” MMC-yə verib.

Rektor hətta üçüncü dəfə yeməkxananın təmiri üçün “Puta-2015” MMC-yə 103 min 479 manat vəsait ayırıb. Deməli, rektor xırda bir yeməkxananın təmirinə, nə az, nə çox, 119768 + 117229 + 103476 = 340 min 476 manat pul ayırıb.

Nəticədə isə rektor Fuad Hacıyev gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni alıb.”

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq
Fuad Hacıyevdə  hardandı bu pullar?

Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
Tibbi təhsili olmayan kosmetoloq Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər
Mehdiabaddakı 1 saylı orta məktəbdə "8 mart" yığımı başlayıb?! -...direktor aciz qalıb
Mehdiabaddakı 1 saylı orta məktəbdə "8 mart" yığımı başlayıb?! -...direktor aciz qalıb
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi