kanal1

Generala arxalanan “Mega City Holding” MMC vətəndaşları necə aldadır? - NARAZILIQ VAR!

Tarix:31-05-2022, 17:55
Baxış Sayı:13

Generala arxalanan “Mega City Holding” MMC vətəndaşları necə aldadır? - NARAZILIQ VAR!


“Mega City Holding” MMC şirkətinin fəaliyyəti vətəndaşların ciddi narazılığına səbəb olmaqdadır.

ictimailider.az xəbər verir ki, qarşılaşdıqları problemlərlə bağlı Sfera.az saytına müraciət edən vətəndaşlar Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 1 ünvanında adıçəkilən şirkət tərəfindən tikilən bina ətrafında yaşananlardan bəhs ediblər.

Vətəndaşlar deyir ki, sözügedən ünvandakı bina plana görə çoxdan təhvil verilməli olduğu halda “Mega City Holding” şirkəti bəlli olmayan səbəblər üzündən tikintini yubadır. Binanın vaxtında təhvil verilmədiyi azmış kimi, 1 mənzilin bir neçə şəxsə satılması faktları da var ki, bu da onsuz da gərgin olan vətəndaşların səbr kasasını doldurmaqdadır.

Xatırladaq ki, bu, adıçəkilən şirkətlə bağlı ilk belə şikayət deyil. Şirkətin adı dəfələrlə dələduzluq və vətəndaşların aldadılması mövzusunda hallandırılıb və bunun nəticəsi olaraq hüquq-mühafizə orqanları zəruri tədbirlər həyata keçiriblər. Belə ki, bir neçə il öncə vətəndaşların çoxsaylı şikayətlərinə əsasən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində “Mega City Holding” MMC-nin rəhbərliyinə qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci və 177-189-cu maddələri ilə cinayət işinin istintaqına başlanılıb. Holdinqin rəhbəri və icraçı direktoru barəsində həbs qətimkan tədbiri seçilib.

Görünən isə odur ki, bütün bunlar sözügedən şirkətin rəhbərliyi üçün ibrət dərsi olmayıb və onlar yenidən eyni üsullarla vətəndaşları aldatmağa başlayıblar.

İddialara görə, tikinti şirkətinin ortaqları arasında Ədliyyə Nazirliyində baş idarə rəisi olan nüfuzlu generallardan biri də var. Söhbətin hansı generaldan getdiyini araşdırırıq. Şirkətin digər ortağının isə Prezident Admistrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev olduğu deyilir.

Buralar da RUSDAN QALIB... - İLGİNC...
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
Nigar Məhəmmədovanın növbəti plastik əməliyyatının qurbanı-FOTOFAKT
Nigar Məhəmmədovanın növbəti plastik əməliyyatının qurbanı-FOTOFAKT
Lənkəranın memarı sahibkara niyə zülm edir? - VİDEO
Lənkəranın memarı sahibkara niyə zülm edir? - VİDEO
Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Sabah Ərdoğan dünyaya mesaj verəcək
Sabah Ərdoğan dünyaya mesaj verəcək