kanal1

Xətainin icra başçısı BUNLARI GÖRMÜRMÜ? - Elə bil qənim gəlib...

Tarix:31-05-2022, 14:56
Baxış Sayı:168

Xətainin icra başçısı BUNLARI GÖRMÜRMÜ? - Elə bil qənim gəlib...

Xətai rayon İzzət Orucova küçəsində - 55 saylı tam orta məktəbin yanında hasara alınmış bir neçə sot zeytunluq ərazi var idi.
Ona görə "Var idi" deyirik ki, həmin ərazidəki zeytun ağacları artıq yoxdur. Hamısı quruyub (ya da qurudulub).

Gördüyünüz kimi (quruma səbəbi ilə) kəsilən ağacların əksəriyyətinin yerində kiçik pöhrələr də əmələ gəlib.
Digər tərəfdən ərazidəki gül ağaclarının arasındakı zeytun və tut ağacları da quruyub. Amma, maraqlıdır ki, onun bir neçə santımetrliyində olan gül ağaclarına təsir etməyib.

Diqqətinizə çatdırırıq ki, redaksiyamıza məlumat verən şəxslər bunun məqsədli şəkildə həyata keçirildiyini bildirmişdilər. Odur ki, "DogruXeber.az" hər zaman olduğu kimi, tam qanunvericiliyə uyğun olaraq, aidiyyatı qurum - 11 saylı Ekologiya və Təbii Sərvətlər idarəsi ilə telefon əlaqəsi saxlayıb, məsələ barəsində məlumat almaq istədi. Telefona cavab verən xanım telefon nömrəmizi götürdü ki, "Ərazi üzrə kurator özü sizinlə əlaqə saxlayacaq".

Bir iş günü gözlədik, redaksiyamıza zəng gəlmədi. Ertəsi gün yenidən zəng etdik. Bu dəfə də xanım cavab verdi ki, "Kuratora vermişəm nömrənizi. Mən indi deyirəm, özü sizi yığsın".

Aradan təqribən 5-6 dəqiqə keçmişdi ki, 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ərazi üzrə nümayəndəsi Rəvan adlı şəxs bizə zəng etdi.
O, bildirdi ki, "Həmin ərazi o vaxtı Viktor Yuşşenko Azərbaycana gələndə, Ukrayna səfirliyi tikilməsi üçün ayrılmış ərazidir. Qanunvericilik də deyir ki, hansısa ölkənin səfirliyinin ərazisi, onun torpağı sayılır. Amma, həmin ərazidə qurumuş ağacların daşınması, aqrotexniki xidmət göstərilməsi isə Yaşıllaşdırma Təsərrüfat Birliyi və Rayon İcra Hakimiyyəti üzərində qalır."

Şəhərin ən gözəl yerində, (ETSN-nin dediyinə görə) Xətai rayon İcra Hakimiyyətinin tabeçiliyində olan cəmi bir neçə sotluq ərazinin bu cür baxımsız olması və 10-larla ağacın ETSN əməkdaşının ehtimalına görə susuzluqdan quruması cansıxıcı mənzərə olduğu kimi, biraz da "sirli görünür.
Əgər o ağacların quruma səbəbi susuzluqdursa, o zaman otlar və güllər niyə qurumayıb?

Bəs kəsilən köklərdən boylanan pöhrələr necə əmələ gəlib?

Hə unutmadan onu da nəzərinizə çatdıraq ki, sözügedən ərazidəki məişət tullantıları da o qədər "cazibədar" görünürdü ki, diqqət etməmək əldə deyildi. Bax bu da tam dəqiq İcra Hakimiyyətinin mərifəti sayılır. //dogruxeber.az//

Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -DETALLAR
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – PREZİDENTƏ MÜRACİƏT
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
Nigar Məhəmmədovanın növbəti plastik əməliyyatının qurbanı-FOTOFAKT
Nigar Məhəmmədovanın növbəti plastik əməliyyatının qurbanı-FOTOFAKT
Lənkəranın memarı sahibkara niyə zülm edir? - VİDEO
Lənkəranın memarı sahibkara niyə zülm edir? - VİDEO
Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB