kanal1

Cozef Bayden İlham Əliyevi təbrik edib

Tarix:20-05-2022, 20:28
Baxış Sayı:10

Cozef Bayden İlham Əliyevi təbrik edib


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə Amerika xalqı adından təbrik edirəm.

Biz bu il Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığımız tarixin mühüm anında öz bəhrəsini verir, Azərbaycan Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynayır. Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı vacib ismarış verir. Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik.

İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır. Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik.

Rusiyanın Ukraynaya qarşı müharibə ilə beynəlxalq təhlükəsizliyin əsas sütunlarını sıradan çıxarmağa çalışdığı bu qlobal qeyri-sabitlik dönəmində Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq edir. Biz qarşıdan gələn illər və onilliklərdə münasibətlərimizi daha da genişləndirmək arzusundayıq.

Müstəqillik Günündə Azərbaycan xalqına ən xoş arzularımı ifadə edirəm".

Ərdoğan Paşinyanla telefonla danışdı
Ərdoğan Paşinyanla telefonla danışdı
İstifadəçilər “TikTok”da orta hesabla 99 dəqiqə vaxt keçirir
İstifadəçilər “TikTok”da orta hesabla 99 dəqiqə vaxt keçirir
MƏMMƏD ALIYEVİN İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?...
MƏMMƏD ALIYEVİN İLLƏRLƏ QAZANDIĞI HÖRMƏTƏ LƏKƏ SALMAQ GÖRƏSƏN KİMLƏRƏ XEYİR GƏTİRƏCƏK?...
Arxalı xanım direktorun qarşısında "şam kimi əriyən" icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO
Arxalı xanım direktorun qarşısında "şam kimi əriyən" icra başçısı qazinin dərdinə məhəl qoymur // VİDEO+FOTO
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
Suraxanıda özbaşınalığı KİM HİMAYƏ EDİR? - BU NƏDİ BELƏ?
ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika
ADNSU-nu bitirib, amma plastik cərrahdır -Daha bir qalmaqallı klinika
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq