kanal1

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Tarix:22-04-2022, 14:32
Baxış Sayı:16

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib


Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.

Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri formalaşmışdır. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.

Əziz dostlar!

Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz Pasxa yeniliyin, dirçəlişin, mərhəmət və şəfqət duyğularının təcəssümüdür. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!".

Ümidlərini qumarda itirən insanlar - Azərlotoreyanın milli genefonda terroru
Ümidlərini qumarda itirən insanlar - Azərlotoreyanın milli genefonda terroru
Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?
“Rəydə 4 risk qeyd edilib”
“Rəydə 4 risk qeyd edilib”
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
GDU-da rüşvət necə alınıb-Faktlar açıqlandı
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Turizm Agentliyi də hind turistlərdən imtina etdi... - ÇÜNKİ...
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Sumqayıtda uşaq bağçasının müdirəsidə OLİQARX imiş
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
Security Operation Services MMC-də qaranlıq iddialar: SOCAR-ın tenderləri kimlərin cibinə gedir?
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...
 Dövlət çətiri altında OYUNBAZLIQ... - BUNUN BAŞQA ADI YOXDUR...