kanal1

Gəncədə “ixtisaslaşmış kosmetoloq” Aysel Süleymanova tibbi sertifikatı və lisensiyası olmadan necə fəaliyyət göstərir?

Tarix:3-06-2025, 14:37
Baxış Sayı:1


Son illər Azəraycanda kosmetoloji prosedurlara tələbat artdığından bu xidməti göstərən “kosmetoloqlar”ın, estetik mərkəzlərin sayı artıb. Sözsüz ki, bu da qeyri-peşəkar kosmetoloqların və onların qurbanlarının sayını artırır.

Xalq.-ın məlumatına görə, rəsmi statistikaya görə, ölkəmizdə son illər kosmetoloji prosedurlardan əziyyət çəkənlərin sayı kifayət qədər artıb. Tibbi təhsili olmayanlar belə insanların sağlamlığı və gözəlliklər vəd edib gigeyinik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir.

Azərbaycan Respublikasının Qanununa əsasən kosmetoloji iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub: “Burada tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutulub. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aid oluna bilər. Bu üsulların hamısı “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssilər məşğul olmaq hüququna malikdirlər”.

Heç bir rəsmi lisenziyası və sertifakatı olmadan Gəncədə “Aysel Asi” Estetik Mərkəzində fəaliyyət göstərən sosial şəbəkədə kosmetolq_aysel_asi_gen adı ilə reklam edən Aysel Süleymanovadır.

Araşdırmalarımız nəticəsində kosmetoloq Aysel Süleymanovanın Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında məlumat olmadığı və tibbi fəaliyyət haqqında sertifikasiyası məlumatı mövcud deyil.

Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.

Lakin Gəncədə fəaliyyət göstərdiyi “Aysel Asi” Estetik Mərkəzində divar boyu müxtəlif sertifikatların olması və salona gələn pasiyentləri bu usulla aldatması kosmetoloji, tibbi prosedurları həyata keçirməsi təqdim olunan fotofaktlarla buna əyani subutdur.

Aysel Süleymanova müştərilərinə dolğu və botox, plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosial hesablarında məlumatlar və görüntülər əks olunub.Aysel Süleymanova necə lisenziyası, sertifakatı olmadan bütün kosmetoloji prosedurları hətta inyeksiya həyata keçirir?

Məsələ ilə bağlı kosmetoloq Aysel Süleymanova ilə əlaqə saxladıq, əməkdaşımıza açıqlama vermək istəmədiyini bildirərək, ailə üzvü açıqlama verərək bildirdilər ki ,Aysel Süleymanova VÖEN əsasısnda fəaliyyət göstərir və sertifikatlarıda var.

Lakin rəsmi mənbələrdə tibbi sertifikatı və lisenziyası olması barədə heç bir qeyd olmadığını bidlirdikdə bununla bağlı lazımi qurumlara məlumat verilib deyə bildirildi.

Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalarından yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən “ixtisaslanmış həkimlər” və “kosmetoloqlar” sosial hesablarını bağlayır.

XALQ.-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumat görə, Kosmetoloji və cərrahi xidmətlər göstərən istənilən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji iş və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur.Tibbi kosmetogiyaya, саrrаhi müdaxiəlar istisna olmaqla (plastik саггаhiууауа aid оlmayan) konservativ va korreksion üsullar daxildir. Bu usüllаrа inyeksion рrоsеdurlаr, müxtalif növ араrаt kosmetologiyası (о сümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq рrоsеdurları,və müalicəvi masaj usullarl, plazmoliftinq və digər рrоsеdurlar aid оlunur. Bu tibb müəssisələrində praktiki tibb fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatovneneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər. İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər. Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər . Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir deyə mərkəzdən bildirilib.



Məlumat üçün bildiri ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolğu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurları, hətta qanunsuz tələbə hazırlığı həyata keçirir. Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadə olunması ilə bağlı məlumtlar var.

Məsələ ilə bağlı qanunsuz fəaliyyət göstərən kosmetoloq Aysel Süleymanova haqqında Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.(Xalq.online)

Araşdırmalarımız davam edir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə yeni mebellər alınacaq -141 min manatlıq
"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB
"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB
Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Əvvəl evini yandırdı, sonra özünə xəsarət yetirdi
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Naxçıvan xəstəxanalarında başlı başını saxla prisipi... - Ali Məclis isə susur
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?
Ərdoğan Pezeşkianla telefonla danışdı
Ərdoğan Pezeşkianla telefonla danışdı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı
Qanunsuz dini yığıncaq keçirən 3 əcnəbi Azərbaycandan çıxarıldı