kanal1

Liana Vəzirova Muzey Mərkəzində “ölü canlar“ saxlayır? – İddia

Tarix:16-04-2022, 10:56
Baxış Sayı:17

Liana Vəzirova Muzey Mərkəzində “ölü canlar“ saxlayır? – İddia


Dövlət Təhlükəsizlik Xidmətinin 2020-ci ilin may ayında Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı nazir müavini ilə idarə rəisi həbs edildilər.

Nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanovun istintaqa verdikləri ifadədə illərlə Mədəniyyət nazirliyi sistemində böyük korrupsiyananın olduğu bildirilirdi.

Qlobal.az xəbər verir ki, Azərbaycanın mədəniyyət sistemində baş verən bu utancverici hadisədən sonra nazirlikdə böyük kadr islahatları aparıldı.

Yeni Mədəniyyət naziri Anar Kərimov qurumun bir çox müəssisələrində rəhbər dəyişiklikləri etdi. Lakin aparılan işlərə baxmayaraq, hələ də nazirliyin bəzi təşkilarında köhnə “adət-ənənə”nin qaldığı deyilir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Mədəniyyət nazirliyi sistemində heç cür dəyişilmək bilməyən, Əbülfəs Qarayevin “gələnək”lərinə “sadiq” qalan müəssisələrdən biri də Muzey Mərkəzidir.

Belə ki, tabeliyində Muzey Mərkəzində korrupsiyanın, qanunsuzluqların olduğu deyilir. Mərkəzdə xeyli sayda “ölü canlar”ın olduğu, təsərrüfat sahəsinə alınan mal-materialların yalnız sənəd üzərində aparıldığı bildirilir. İddialara görə Muzey Mərkəzində baş verən qanunsuzluqların və korrupsiyanın başında isə Muzey Mərkəzin direktoru Liana Vəzirova dayanır.

Xatırladaq ki, Muzey Mərkəzin “Azərbaycan Musiqisi Mədəniyyəti Dövlət Muzeyi”, “C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi” və “İstiqlal Muzeyi” fəaliyyət götərir.

Muzey Mərkəzi iddialar barədə heç bir mövqe bildirmədi.

Qlobal.az

Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
Zelenski Trampın xüsusi nümayəndəsi ilə görüşüb
Şərab istehsalçısı “A+CO” cərimələnə bilər
Şərab istehsalçısı “A+CO” cərimələnə bilər
“Giləzi-Quşçuluq Təsərrüfatı” gömrük qaydalarını pozur
“Giləzi-Quşçuluq Təsərrüfatı” gömrük qaydalarını pozur
Qax RİH yol və səkiləri, şəhər qəbirstanlığının giriş yolunu təmir etdirə bilmir
Qax RİH yol və səkiləri, şəhər qəbirstanlığının giriş yolunu təmir etdirə bilmir
Həkimin yanlış əməliyyatı pasiyentin səhhətində problemlər yaratdı – VİDEO
Həkimin yanlış əməliyyatı pasiyentin səhhətində problemlər yaratdı – VİDEO
AAYDA-nın 50 milyon nizamnamə kapitalı olan şirkətinin külli miqdarda borcu var
AAYDA-nın 50 milyon nizamnamə kapitalı olan şirkətinin külli miqdarda borcu var
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi
“Gold Məkan” tikinti şirkəti ilə sakinlər arasında problemlər bitmir - Şirkət rəhbəri də dindirildi