kanal1

Sakinlər “Sədərək Yusif”ə məxsus olduğu bildirilən MTK-dan şikayət edir - “Bir neçə nəfər stress keçirib və ölüb”

Tarix:20-02-2025, 15:05
Baxış Sayı:1


"Qarayev Residence" kimi tanınan "Kursus-Nizami" MTK-nın Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında sökdüyü Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki 41 və 43 nömrəli binaların sakinləri ilə məhkəmə çəkişməsi davam edir.

Bina sakinlərinin Pravda.az-a ünvanladıqları şikayətdə bildirilib ki, onların evlərdən çıxarılması MTK-nın öz qərarı üzrə aparılır, məhkəmənin belə bir qərarı yoxdur:

“Şirkətlə heç bir müqavilə bağlamamışıq. Kirayə haqqımızı da ödəmirlər. Hazırda məhkəmə prosesi davam edir. Evlərimizi yıxırlar. Əşyalarımız yararsız hala salıblar. Məhkəmə qərarı budur ki, şirkət bərpa və geridönüş etməlidir. Amma heç bir qərarı yerinə yetirmirlər. İnsanların evini yıxıblar, suyunu, işığını, qazını kəsiblər, üstəlik qapısız, pəncərəsiz evdə onlara yer vermək istəyirlər. "Kursus-Nizami" MTK bildirir ki, bina tikəndən sonra sizə ev verəcəyəm. Seçim olmalıdır, ya pulu onlardan almalıyıq, ya bizə ev alıb verməlidirlər, ya da gözləməliyik. Biz onlara güvənmirik. Bizim kimi nə qədər sakinin illərdir ki, işi məhkəmələrdədir. Məhkəmənin geridönüş qərarını icra etməyənlər sabah bizə ev verəcəklər? Sakinlərdən neçəsi bu məsələyə görə stress keçirib, infarktdan ölüb. Ümumilikdə, 10 nəfər narazıdır. Qalanlar isə təzyiq yolu ilə razılaşıblar. Evlərimiz tam təmirli evlər idi. İki dəfə zəlzələ gördük, binamıza heç bir zərər dəymədi”.

Sakinlərin sözlərinə görə, bu işləri görənlər "Sədərək Ticarət Mərkəzi"nin sahibi Yusif Qədimbəylinin (Sədərək Yusif) işçiləridir: “Sədərək Yusifin qardaşı Ənvərin övladları da oradadırlar. Hamısı bizimlə əlaqə yaradıblar, danışıqlar aparmışıq. Deyirlər ki, pulumuz yoxdur. Pul vermək istəmirlər. Pulunuz yoxdursa, niyə bina tikirsiniz? Bizi ev-eşiyimizdən ediblər. Bütün orqanlara yazmışıq, məktubların cavabını Nizami Rayon İcra Hakimiyyətində gizlədirlər. Bu işin arxasında Yusif Qədimbəyli, Ənvər Qədimbəyli, Fərid Qədimbəyli dayanır. İşi görənlər isə Yusif Qədimbəylinin işçiləri Anar Süleymanov, Ümidvar İbrahimov, Orxan Həsənov, Etibar Namazov, Nəriman Namazovdur”.

Qeyd: “Kursus” adlı bir neçə şirkət var, məlumatları təqdim edirik:

“Kursus-Nizami” MTK – nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 48, qanuni təmsilçisi Elnur Cəlal oğlu Hüseynovdur.

“Kursus-Nizami-A” MTK qanuni təmsilçisi Məhəmməd Sahib oğlu Zeynallıdır. Digər məlumatlar eynidir.

“Kursus-Nizami-F” MTK – nizamnamə kapitalı 100 AZN, hüquq ünvanı Nərimanov rayonu, Abbasqulu Ağa Bakıxanov, ev məhəllə 758-759, mənzil 49, qanuni təmsilçisi Fərid Ənvər oğlu Qədimovdur.

“Kursus-Nəsimi” MTK nizamnamə kapitalı 100 AZN, hüquqi ünvanı Yasamal rayonu, İnşaatçılar prospekti ev 33A, mənzil 47, qanuni təmsilçi Yelena Alekseyevna İbrahimovadır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

20 gündür axtarılan uşağın meyiti tapıldı
20 gündür axtarılan uşağın meyiti tapıldı
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Binnət Qasımov ona havadarlıq edir ŞİKAYƏT / FOTO
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI
“Putinlə Zelenskinin görüşü hazırlanır”
“Putinlə Zelenskinin görüşü hazırlanır”
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir
Ayılar haradadır? - Dövlət qurumu təkzib edir