kanal1

Prezident Pakistanın yeni Baş nazirini təbrik etdi

Tarix:14-04-2022, 16:33
Baxış Sayı:12

Prezident Pakistanın yeni Baş nazirini təbrik etdi


Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Baş nazir,

Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Möhkəm dostluq və qardaşlıq, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Pakistan əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, qardaş Pakistan İslam Respublikasının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Qaxın da öz TENDERYEYƏNİ VAR... -
Qaxın da öz TENDERYEYƏNİ VAR... -
“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz