kanal1

Əli Əsədov sərəncam imzaladı

Tarix:11-04-2022, 17:37
Baxış Sayı:125

Əli Əsədov sərəncam imzaladı


Nazirlər Kabineti “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon (şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı yoxlamalar aparılmasını təşkil etsin:

1.1. insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda, sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və s;

1.2. mülkiyyət formasından asılı olmayaraq, bütün sosial təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və s;

1.3. tamaşa və mədəni-marif təşkilatlarının binalarında (teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);

1.4. əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət mərkəzləri, kafelər, restoranlar və s.).

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat versin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
Estetik-həkim Elnarə Təhməzova qanunsuz fəaliyyət göstərir?
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
Prezidentdən uşaqlarla bağlı paylaşım - Video
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
Astara Gömrük İdarəsinin təhqiqatçısına hökm oxundu -SƏBƏB
Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
Saleh Səmədov haqqında məhkəmə Qərarı-Vergidən yayınmaya görə həbs olundu
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Qaxın da öz TENDERYEYƏNİ VAR... -
Qaxın da öz TENDERYEYƏNİ VAR... -
“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz
“Yasamal İH bu işləri görməyəcəksə, pulları havaya sovurmasın…” – Sakinlərdən etiraz