kanal1

Evində kombi yanır, borc isə "Azəristiliktəchizat"-dan gəlir - GİLEY

Tarix:1-04-2022, 14:48
Baxış Sayı:19

Evində kombi yanır, borc isə "Azəristiliktəchizat"-dan gəlir - GİLEY


Xətai rayon sakini Axundov Yaqub Məhəmməd oğlu "Azəristiliktəchizat" ASC-dən narazıdır.

ictimailider.az-ın məlumatına görə, cebhe.info-ya müraciət edən şikayətçi Xətai rayonu Nəsrəddin Tusi küçəsi, bina 29, mənzil 10-da yaşayır. Yaqub Axundovun sözlərinə görə, qurum ona istifadə etmədiyi istiliyə görə 142.56 manat borc “yükləyib”. “Mən bu mənzilə 2000-ci ildə köçmüşəm. O zaman qazanxanalar fəaliyyət göstərmirdi, yaşayış binalarına istilik verilmirdi. Mənzillərə istilik 2012-ci ildən verilir. Mən isə 2003-cü ilin yanvarından mənzilimdə kombi sistemi quraşdırmışam. "Azəristiliktəchizat"ın xidmətindən istifadə etməmişəm. Amma mənə göndərilən qəbzdə 142.56 manat borcumun oldu göstərilir”, - deyə o bildirib.

Yaqub Axundov deyib ki, məsələ ilə bağlı quruma dəfələrlə müraciət edib, mənzilə baxış keçirilib:

“Qurumdan nümayəndələr gəldi, mənzilə baxış keçirdilər. Protokol tərtib olundu, yazıldı ki, mən mənzilimi ümumi istilikdən ayırmışam. Amma bununla yanaşı, qurumdan hər dəfə zəng edib deyirlər ki, gəlib borcunuzu ödəyin”.

Məsələ ilə əlaqədar Cebhe.info-ya “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev də açıqlama verib.

O bildirib ki, vətəndaş mənzilində kombi quraşdıranda, yəni mərkəzi istilik sistemindən imtina edəndə “Azəristiliktəchizat”-a müraciət etməlidir:

"Bundan sonra mütəxəssislərimiz mənzilə baxış keçirib, aktlaşdırmalıdırlar. Mənzil digər istilik alan mənzillərin siyahısından çıxarılır ki, ev sahibinə borca bağlı əlavə aylıq hesabatlar getməsin. Vətəndaş bizə müraciət etdiyi tarixdə işçilərimiz gedib aktlaşdırırlar. Amma biz bilmirik ki, vəziyyət necədir. Ancaq bizə müraciət edilən tarixdən hesablayıb, qeydiyyata alırıq. Haradan bilək ki, vətəndaşlar mənzillərinə kombini nə zaman quraşdırıblar".

Rafiq Əliyev şikayətçinin şikayətinə fərdi olaraq baxılacağını bildirib.
Evində kombi yanır, borc isə "Azəristiliktəchizat"-dan gəlir - GİLEY
Evində kombi yanır, borc isə "Azəristiliktəchizat"-dan gəlir - GİLEY

Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
İİNSANIN LƏYAQƏTİ ONUN GÜNDƏLİK ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLÜR
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?
Türkanda qanunsuz qanunsuz daş karxanası:Aidiyyatı qurumlar Vüsal Əsgərova himayədarlıq edir?