kanal1

"Generalın sürücüsü rüşvət toplayır, cəzanı biz alırıq..." - FHN zabitindən ETİRAZ

Tarix:24-03-2022, 08:57
Baxış Sayı:14

"Generalın sürücüsü rüşvət toplayır, cəzanı biz alırıq..." - FHN zabitindən ETİRAZ


“Naxçıvan FHN-nin generalı Hikmət Kazımovun sürücüsü bizə dedi ki, işə qəbul üçün idmançı gənclər axtarırıq. İstəyən olsa, nömrəmi verin, danışaq. Biz də onun nömrəsini işsiz tanış-bilişlərə verdik ki, savab qazanaq. Sən demə sürücü, işə düzəltmək üçün, onların hərəsindən 5.500 manat rüşvət alıb, çox güman ki, verib general Hikmət Kazımova. Sonradan necə olubsa, nazirliyə yeni kadr lazım olmayıb.

Buna baxmayaraq, işə düzəlmək istəyən xeyli sayda adamın pulları özlərinə qaytarılmayıb. Məsələ böyüdükdən sonra, günah keçisi kimi bizləri cəzalandırıb, işdən çıxardılar”.

ictimailider.az xəbər verir ki, bu sözləri “Gündəlik Naxçıvan”a artıq işdən çıxarılan bir qrup FHN zabiti məktub yazaraq, bildirib. General-mayor Hikmət Kazımov Naxçıvan MR fövqəladə hallar naziri general-leytenant Şami Abdullayevin müavinidir. Şikayətçiləır deyir ki onları, öz müavinini qorumaq üçün, Şami Abdullayev cəzalandırıb.

İşdən çıxarılanlardan biri də Kəngərli Rayon DYMŞ-də 6 il növbə rəisi işləmiş zabit Şahhüseyn Orucovdur. Şikayətçi deyir ki, generalın sürücüsü ona da zəng edərək, işçi düzəlmək istəyənləri tapıb, ona yönləndirməsini istəyib:

“Mən hardadan biləydim ki, bunlar fırıldaqçıdır. Mən də yaşadığım Sədərək rayon Dəmirçi kəndindən bir neçə nəfəri onlara yönləndirdim. Biz ancaq əlaqələndirici olmuşuq. General Şami Abdullayev öz müavinini qorumaq üçün, bizləri cəzalandırdı. Öncə məni guya qaydaları pozduğuma görə ucqar Ordubad rayonuna xidmətə göndərdilər. Sonra döş nişanlarımız əlimizdən alındı. 10 gün sonra isə, işdən çıxardılar. Mənim şikayətim Naxçıvan rəhbərliyindən deyil. Bilirəm ki, Vasif Talıbova yanlış məlumat çatdırıblar. Məsələni ictimailəşdirməkdə məqsədimiz odur ki, həqiqət üzə çıxsın, əsl günahkarlar, rüşvətxorlar cəzalandırılsın. Bizə deyiblər işçi tapın, biz də vasitəçi olub, yönləndirmişik. Kim pul alıb, nə edib, bizə nə aidiyyatı var?”
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR FHN ilə əlaqə saxladıq. Nazirlikdən bu haqda danışmaq istəmədiklərini bildirdilər.

Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər
Qadağan edilmiş yerdən yolu keçdilər, həyatlarını itirdilər
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Bloger bağçada zəhərlənmə olduğunu iddia edir... - QALMAQAL
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
Hidrometeorologiya Xidməti 40 il rəhbər işləmiş Xanverdi İsgəndərovun ailəsini küçəyə ATIR - VİDEO
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -Tam bir “moşenniklik” sxemi qurub
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
Fuad Muradovun açılışını etdiyi Çexiyadakı `Azərbaycan Evi` ilə bağlı ŞOK İDDİA - KİMƏ XİDMƏT EDİR?
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?
Masallı Rayonu 3 saylı məktəbdə qanunsuzluqlar bitmir! -Gələn yoxlamalar niyə susur?