kanal1

Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb - Məhkəmədə şahid

Tarix:14-03-2022, 12:48
Baxış Sayı:30

Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb - Məhkəmədə şahid


Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə ifadə verən hakim bildirib ki, bəzi zərərçəkmiş və şahidlər məhkəmə prosesinə gəlməkdən imtina edir. Həmin şəxslər məhkəmə orqanlarından ehtiyat edir.

Hakim bildirib ki, prosesə gəlmək istəməyənlər əvvəlcədən bu barədə məhkəməyə məlumat verməlidir.

Daha sonra məhkəmədə ifadə verən zərərçəkmiş Xalidə Hüseynova bildirib ki, Lombarddan qızıl girov qoymaqla pul götürüb.

"Pulu qaytarandan sonra qızılını vermədilər. Bir müddət keçəndən sonra qızılı aldım. Bilirdim ki, Maqsud oranın sahibidir. Amma mən nə pul alanda nə qızıl verəndə Maqsudu görməmişəm. Mən pulu Mədinəyə vermişəm, qızıllarımı da ondan almışam",-deyə zərərçəkmiş bildirib.

Digər zərərçəkmiş Hicran Məmmədova isə bildirib ki, Maqsud zmahmudovla bağlı hazırda heç bir şikayətim yoxdur: "Ona görə də məhkəməyə gəlmirdim. 750 əyarlı qızıl üzük, 14 qramlıq qızıl boyunbağı qoyub 600 manat götürmüşəm. Pulu vaxtında ödəmişəm. Pulu ödəyəndən sonra qızıllarımı ala bilmədim.

Qızım mənə zəng vurdu ki, ana, Maqsud qızılları götürüb qaçıb. Gəldim ki, hamı yığılıb, qızılını istəyir. Mən də şikayət etdim. Polisə şikayət etdim, 2 aydan sonra qızıllarımı aldım".

Zərərçəkmiş Şövkət Əliyeva da Maqsud Mahmudovdan şikayətçi olmadığını deyib. //trend//

ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
ICESCO-nun Baş direktoru İlham Əliyevi təbrik etdi
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Məşhur restoranda şirniyyatın içindən tük çıxdı
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib
Onlar 1000 manata qədər cərimə oluna bilər
Onlar 1000 manata qədər cərimə oluna bilər
“Putyovka”ları altdan-altdan satırlar-Video
“Putyovka”ları altdan-altdan satırlar-Video
Daxil Kərimov yeni himayədar axtarışında?
Daxil Kərimov yeni himayədar axtarışında?
İlham Əliyev onları təltif etdi - Sərəncam
İlham Əliyev onları təltif etdi - Sərəncam