kanal1

Prezident TÜRKSOY-un baş katibini təltif etdi

Tarix:9-03-2022, 15:19
Baxış Sayı:183

Prezident TÜRKSOY-un baş katibini təltif etdi

Baş Nazir Əli Əsədov "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 27 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.

Bundan başqa, razılaşdırma prosesinin iştirakçılarına (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatana qədər Nazirlər Kabinetinə təqdim etmək, eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlərə "Normativ hüquqi aktlar haqqında” qanunun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl olunmasını təmin etmək tapşırılıb.

Sərəncamda həmçinin deyilir ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat versin.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin.

Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Prezident onu rektor təyin etdi - Sərəncam
Prezident onu rektor təyin etdi - Sərəncam
Siyavuş Kərimi vəzifəsindən azad olundu
Siyavuş Kərimi vəzifəsindən azad olundu
TƏHSİLDƏ MİSLİ GÖRÜLMƏMİŞ QANUNSUZLUQ, RÜŞVƏTXORLUQ. BU QƏDƏRİ HEÇ KİMİN AĞLINA GƏLMƏZDİ...
TƏHSİLDƏ MİSLİ GÖRÜLMƏMİŞ QANUNSUZLUQ, RÜŞVƏTXORLUQ. BU QƏDƏRİ HEÇ KİMİN AĞLINA GƏLMƏZDİ...
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR...
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...