kanal1

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ETDİ

Tarix:23-02-2022, 22:33
Baxış Sayı:18

Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ETDİ

Avropa İttifaqı (Aİ) ölkələri yekdilliklə Rusiyaya qarşı sanksiyalar paketini qəbul edib.

ictimailider.az TASS-a istinadən xəbər verir ki, Donbasın müstəqilliyinə səs verən Dövlət Dumasının 351 deputatı Aİ-nin qara siyahısına salınıb.

Aİ, həmçinin Rusiyanın Donbasdakı əməliyyatlarını maliyyələşdirən bank və təşkilatlar da daxil olmaqla 27 fiziki və hüquqi şəxsi qara siyahıya salıb.

Həmçinin Rusiyanın dövlət borcuna qarşı sanksiyalar tətbiq edilib, onun Aİ-nin kapital və maliyyə bazarlarına çıxışı məhdudlaşdırılıb.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Dəhşətli proqnoz reallaşır: iyul ayında... - ŞOK XƏBƏRDARLIQ
Dəhşətli proqnoz reallaşır: iyul ayında... - ŞOK XƏBƏRDARLIQ
 TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
 TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Vahid Ələkbərovun oğlu yenə siyahıda liderdir
Vahid Ələkbərovun oğlu yenə siyahıda liderdir
Bu mesajlara cavab verməyin!
Bu mesajlara cavab verməyin!
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Biləcəridə ağacların gizli kəsilməsini Elmin Zamanov rəhbərlik edir?-Video
Biləcəridə ağacların gizli kəsilməsini Elmin Zamanov rəhbərlik edir?-Video
Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)