kanal1

“MSDIS Holdıng” MMC-nin və AAYDA-nin BİRGƏ YOLU: - irihəcimli tenderlər və Saleh Məmmədovun “sağ əli”

Tarix:22-02-2022, 16:45
Baxış Sayı:28

“MSDIS Holdıng” MMC-nin və AAYDA-nin BİRGƏ YOLU: - irihəcimli tenderlər və Saleh Məmmədovun “sağ əli”

Artıq günlərdir ki, müğənni Manaf Ağayevin qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə getməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müğənninin qanunsuz səfərini müşayət edən məşhur iş adamı da başqa bir müzakirə predmeti olub.

Mətbuatda yazılanlara görə 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin prezidenti Sənan Hüseynova məxsusdur. Elə bu olay və faktor da, şirkəti diqqət mərkəzinə gətirdi… Bəs sahibinin bahalı avtomobillə, nümayişkaranə şəkildə bəlli qaydaları pozan bu şirkət haqqında nə bilirik? Şirkət fəaliyyət istiqamətləri, kimə məxsusluğu və s. detallarla ölkə insanının maraq dairəsindədir… Bu səbəblər, eləcə də, redaksiyamıza daxil olmuş ilginc məlumatlar yenixeber.org olaraq bizim üçün müəyyən araşdırmaları zərurətə çevirdi…

Rəsmi sənədlərdə belədir: Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "MSDIS HOLDING" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.06.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 2 572 500.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, XƏTAİ PR, ev 34, qanuni təmsilçisinin isə Nağıyev Mirfəyyaz Oktay oğlu olduğu göstərilir.

Sözügedən şirkətin fəaliyyət istiqamətlərinə nəzər saldıqda nələri görmüş oluruq? Son bir ildə “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət satınalmalarında ən çox qalib elan olunan şirkətlərdən biridir. “MSDIS Holdıng” MMC daha çox “yolların əsaslı təmiri” üzrə keçirilmiş tenderlərdə qalib olub, satınalamalar yolu ilə dövlət sifarişi alıb.

Bu yollar hara aparır…?

Təkcə 2021-ci ildə müxtəlif rayonlarda yolların əsaslı təmiri üzrə “MSDIS Holdıng” MMC 10-dan çox tenderin qalibi olub. Bu sıradan bir qismini təqdim edirik:

Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri

277.715 AZN – 25.05.2021

Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işlərinin satın alınması

2.020.503 AZN – 01.06.2021

Zaqatala rayonunda yolların əsaslı təmiri

542.113 AZN – 03.06.2021

Siyəzən şəhəri üzrə avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması

442.448 AZN – 07.07.2021

Xırdalan şəhəri ərazisində İlham Cəfərov küçəsinin asfaltlanması

130.127 AZN – 05.08.2021

Qəbələ rayonunda yolların təmiri

355.982 AZN – 11.08.2021

Abşeron rayonunda yolların təmiri

164.995 AZN – 03.09.2021

Gədəbəy şəhərində şəhərdaxili küçə, meydan və parkların abadlaşdırılması

693.320 AZN – 10.09.2021

Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri

708.293 AZN – 18.10.2021

Qobustan şəhər küçələrində işıqlandırma sistemlərinin quraşdırılması

278.851 AZN – 22.10.2021

Abşeron rayonunda yolların təmiri işlərinin satın alınması

1.126.797 AZN – 22.10.2021

Abşeron rayonu Yolların təmiri işlərinin satın alınması ( II hissə)

59.917 AZN – 09.12.2021

Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatlarda “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin (AAYDA) sədri Saleh Məmmədovla bağlılığından da bəhs olunur. Məlumat görə AAYDA ilə “MSDIS Holdıng” MMC-nin iş birliyi Saleh Məmmədovun “sağ əli” sayılan, qurumun aparat rəhbəri İlqar Əhmədov vasitəsi ilə icra olunur…

XATIRLATMA: İlqar İsmail oğlu Əhmədov vaxtı ilə Vergilər Nazirliyində nazirin müşaviri - Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin rəisi vəzifələrində çalışıb. Keçmiş vergilər naziri Fazil Məmmədovun kadrlarından sayılan İlqar Əhmədov Mikayıl Cabbarovun 2018-ci ilin yanvarında vəzifəsindən azad etdiyi şəxslərdən biri olub. Daha sonra İlqar Əhmədov 3 dekabr 2020-ci il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin olunub. 17 dekabr 2021-ci il tarixindən isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsinə təyin edilib. İlqar Əhmədovun “MSDIS Holdıng” MMC-nin qanunu təmsilçisi və de-fakto rəhbərlik edən Mirfəyyaz Nağıyevlə dostluq münasibətinin olduğu və AAYDA ilə “MSDIS Holdıng” MMC-nin əməkdaşlığında da, bu faktorun həlledici olduğu bildirilir…(Bu haqda müəyyən araşdırmalardan sonar, növbəti yazılarımızda. Red.)

“MSDIS Holdıng”, yoxsa sirlər xəzinəsi?

Yazının girişində qeyd etdiyimiz qalmaqalla gündəmə gələn “MSDIS Holdıng” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı maraqlı məlumatlar əldə etmişik. Yenixeber.org-u bilgiləndirən mənbənin sözlərinə görə “MSDIS Holdıng”in direktoru Mirfəyyaz Nağıyev bu posta qədər taxta biznesi ilə məşğul olub. Rusiyadan Azərbaycana taxta idxalında fəallığı ilə seçilib. İşğüzarlığı, yeni ideyaları və etibarlılığı ilə tanınır. “MSDIS Holdıng”in son zamanlardakı uğurlarının məhz onun rəhbərliyi sayəsində mükün olduğu bildirilir. Xatırladaq ki, “MSDIS Holdıng” MMC irihəcimli təmi-tikinti tenderlərinin qalibi olmaqla yanaşı, “MS SEMENT” markalı sementi, “MS OİL” yanacaqdoldurma mətəqələri ilə də tanınır.

Əldə etdiyimiz digər məlumata görə şirkət yüksək nüfuz sahibi olan bir ziyalının qayğısı ilə hazırda parlaq dövrünü yaşayır…

“MSDIS Holdıng”lə bağlı, eləcə də şirkətin AAYDA ilə əməkdaşlığından əldə etdiyimiz məlumatları dəqiqıləşdirə bilmədik. Şirkətlə telefon əlaqəsi yarada bilsək də, suallarımıza cavab verəcək birisi olmadı. Telefonla danışdığımız xanım bizimlə əks əlaqə yaradılacağını və suallarımızın cavablandırılacağını desə də, olmadı(?)

AAYDA ilə isə əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu: Agentliyin adına qaynar deyilən telefon nömrəsinə gün ərzində cavab verən olmadı(?)

Yazıda adları yer alan tərəfləri dinləməklə mövzunu davam etdirməyə çalışacağıq. //yenixeber.org//

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."