kanal1

"Azneft" insanların həyatını HEÇƏ SAYIR? - İLGİNC İDDİA

Tarix:22-02-2022, 10:03
Baxış Sayı:46

"Azneft" insanların həyatını HEÇƏ SAYIR? - İLGİNC İDDİA

"Bildiyiniz kimi "Orion" tipli gəmilər sərnişin daşımaq üçün deyil ki, kimsə (yüksək vəzifəli şəxsin qohumu) ondan " su taksisi" kimi istifadə etsin. Belə ki, "Orion" gəmisi yenə Çilov adası Pirallahı arasında sərnişin daşımaqda davam edir. Düşünürəm ki, buna görə Azneft rəhbərliyi ilə yanaşı, həm də Xəzər Gəmiçiliyi idarəsinə məxsus olan "Orion" gəmisinin kapitanı da cəzalanmalıdır". DİA.AZ bildirir ki, bunu Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı iradında qeyd edib.

Daha rona tanınmış hüquq-müdafiəçisi öz mövqeyini belə əsaslandırır:

"Ona görə ki:

1.Orion gəmisi yükdaşınması üçün nəzərdə tutulub,sərnişin yox
2.Gəminin göyərtəsini əhatələyən təhlükəsizlik çəpərləməsi yoxdur
3. Sərnişinlərin oturması üçün məkan olmadığına görə sərnişin daşımağa yaramır. və sərnişinlər üçün təhlükə yaradır.

Neftçilər yazır ki, sərnişinləri Orion gəmisinə yerləşdirən İgidəlinin və Daşqın İsgəndərovun qohumu dispeçer Mətləbdir. Əvvəl gəmiyə yük vurur,sonra 12 nəfər insan!

Qeyd: Xəzər Gəmiçlliyi idarəsi tərəfindən bu gəmiyə rəsmi" sərnişin daşıma icazəsi "verilib?"

"Azneft" insanların həyatını HEÇƏ SAYIR?

DİA.AZ bildirir ki, hüquq-müdafiəçisinin bu açıqlamasına "Azneft"dən reaksiya verilib. Qurumdan deyilir: "“Orion” tipli gəmilər həm sərnişin və həm də yük daşımaq üçün nəzərdə tutulub. Gəminin texniki pasportunda da bu qeyd olunub. Əgər gəminin istismarı qadağan olmalıdırsa, bunu ilk növbədə nə SOCAR, nə də Gəmiçilik təşkikatına aid olmayan və nəzarət orqanı sayılan Dövlət Dəniz və Liman Agentliyi edə bilər. Gəminin səfərə çıxışına Liman nəzarəti müfəttişi razılıq verirsə, demək gəmi verilən tapşırığı yerinə yetirmək gücündədir".

Qeyd edək ki, qurumun bu açıqlaması da hüquq-müdafiəçisini qane etməyib və etirazını bildirib.

DİA.AZ

Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...