kanal1

Müdafiə nazirliyində daha kimlərin QOLARINA QANDAL VURULACAQ? - polkovnik AÇIQLADI

Tarix:18-02-2022, 15:17
Baxış Sayı:50

Müdafiə nazirliyində daha kimlərin QOLARINA QANDAL VURULACAQ? - polkovnik AÇIQLADI

Müdafiə Nazirliyində aşkarlanan maliyyə pozuntuları ilə bağlı daha bir hərbçi Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov həbs edilib.Hazırda istintaq tədbirləri davam etdirilir.Qeyd edək ki, bir neçə gün əvvəl də Müdafiə Nazirliyində həyata keçirilən tədbirlər zamanı qeydə alınan maliyyə pozuntuları ilə Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov,“N” hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev,Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu həbs ediliblər. Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.

ictimailider.az-ın məlumatına görə, hazırda Azərbaycan ordusunda islahatlar getdiyini deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a bildirib ki, ortaya çıxan nöqsanlar araşdırılır:

“Bu cür maliyyə pozuntularının aşkarlanması da həmin islahatların nəticəsidir. Hazırda buna çox ciddi yanaşırlar. Belə əməliyyat tədbirlərinin dairəsi getdikcə genişlənəcək”.

Ş.Ramaldanov vəzifə səlahiyyətlərindən istifadə edib cinayət tərkibli əməllər törədən şəxslərin qanun qarşısında cavab verəcəyini diqqətə çatdırıb:

“Bu da öz növbəsində gələcəkdə belə iyrənc əməllərə əl atmaq istəyən şəxslərə dərs olacaq. Onlar ölkəmizdə qanun pozuntusu törədən hər kəsin gec-tez qanun qarşısında cavab verəcəyini başa düşəcəklər”.

Polkovnik belə islahatların aparılmasının vacibliyini vurğulayıb:

“Müdafiə Nazirliyi kimi müharibədən çıxmış bir hörmətli qurumda belə əməllər törədən bu ünsürlərin olması bizdə təəssüf doğurur”.

Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Memarlıq və İnşaat Universitetində satınalmaların formal keçirldiyini Gülçöhrə Məmmədova inkar edə bilərmi -İLGİNC FAKTLAR
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Sahib Məmmədov uşaqlıq dostuna VƏZİFƏ VERDİ - FOTO
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB