kanal1

Nəşi tapılan baş leytenant bu şəhərdə dəfn OLUNACAQ

Tarix:31-01-2022, 19:43
Baxış Sayı:15

Nəşi tapılan baş leytenant bu şəhərdə dəfn OLUNACAQ

Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən itkin düşən və bu gün nəşi tapılan baş leytenant Fuad Bağırov Şirvan şəhərində dəfn olunacaq.

ictimaiilider.az report-a istinadən xəbər verir ki, hərbçinin nəşi ərazidən götürülərək Gəncə şəhərində olan morqa aparılıb. Daha sonra Şirvan şəhərinə göndəriləcək və sabah orada torpağa tapşırılacaq.

Qeyd edək ki, əslən Şirvan şəhərindən olan F.Bağırov ailəsi ilə birgə Gəncə şəhərində yaşayırmış. Onun 3 aylıq bir qızı yadigar qalıb.

Xatırladaq ki, bir neçə gün öncə Kəlbəcər rayonunun Alagöllər ərazisində çovğun səbəbindən Azərbaycan Ordusunun 4 hərbçisi itkin düşmüşdü. Onlardan üçü həmin gün sağ tapılsa da, F.Bağırovun axtarışları davam etdirilirdi. Onun nəşi bu gün günorta saatlarında tapılıb.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər