kanal1

"Yerli məmurlar dövlətə yox, şəxsi maraqlarına xidmət edir" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Tarix:31-01-2022, 11:44
Baxış Sayı:35

"Yerli məmurlar dövlətə yox, şəxsi maraqlarına xidmət edir" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Yardımlıdan yeni şikayət almışıq. Rayon sakini, övladları 44 günlük vətən savaşının iştirakçısı olmuş Vaqif Piriyev də Yardımlıdakı məmur özbaşınalığından, icra başçısı və müavinlərinin yarıtmazlığından bezdiyini, müraciətlərə baxılmadığını deyir.

ictimailider.az xəbər verir ki, Demokratik.Az-ın məlumatına görə, adıkeçən Yardımlı sakini özünün feysbuk hesabında yazır:

"Yardımlı RİH-nin bütün məsul işçiləri uzun illərdir ki, dövlətə yox, şəxsi maraqlarına xidmət edir. Ayaz Əsgərov cənablarının rəhbərliyi dövründə isə bu dahada geniş vüsət alıb. Dövlət başçısının tapşırıqları icra olunmur, bilərəkdən süründürməçilik mühiti yaradılır.

Ayaz Əsgərov cənablarına Yardımlı RİH-nə Başcı gələndən indiyə kimi vətəndaş olaraq 2 dəfə müraciət etmişəm.
1 -ci müraciətim Ayaz müəllimim rayonumuza təyinatından dərhal sonra olsada 2021 - ci ilin ortalarında nəhayətki müraciətim rəsmi olaraq təmin olundu.Sənəd işləmləri tamamlansada problemlər qalmaqdadır.
2-ci müraciətim isə 44 günlük müharibə bitəndən sonra oldu.
Sözün düzü bu müraciəti birbaşa Ayaz Əsgərov cənablarına etməmişəm. Daha dəqiq qesək onunla görüşmək mümkünsüz olub.
Neçə ki, qəbulları onun əvəzindən sadiq 1-ci müavini Azər Xamiyev cənabları aparıb və Ayaz müəllimə ünvanlayacağım sualı Azər müəllimə ünvanlamışam.
Bu müraciətim 44 günlük müharibəyə könüllü qatılan övladımın işlə təmin olunması ilə bağlı olub. Amma qeyd olunan məqalədəki kimi işlə yalnız görüm baxım edənlər təmin olunur.
Bir ildən artıq müddətdə dəfələrlə müraciət etsəm də hələ cavab yoxdur. Görünən o ki, Ayaz müəllim rayonumuzda rəhbər qalarsa mən hələ 1-2 ildə gözləməliyəm, necə ki, birinci dəfə.
Diqqətə çatdırım ki, qızım şəhid ailəsidir. (bundan yararlanmaq məqsədim olmayıb, olmayacaq da).
Övladımın biri o vaxt, yəni 2017-ci ilin fevralında şəhidi torpağa verməzdən öncə Yardımlı Səfərbərlik Xidmətinə döyüşlərə qatılmaq üçün könüllü müraciət edib. Dərhal olmasada müraciəti təmin olunub və gizir kursu bitirərək xidmətə başlayıb. Müharibə başlayanda 2 ildən artıq xidmət etmişdi. 44 gümlük müharibədədə fərqlənib. Ali Baş komandanın müvafiq fərmanları ilə bir neçə dəfə təltif olunub. Digər övladım isə müharibə başlayan kimi 27/09/2020 -ci il tarixdə könüllü müraciət edərək döyüşlərə qatılıb.
Mənim övladlarımdan fərqli olaraq bəzi məmur övladları ehtiyatda olan hərbiçi olmalarına rəğmən,könüllülük bir yana, qanuni çağırışdan yayınıblar. Bütün bunları diqqətdə saxlamalı olan Yardımlı İH-nin məsulları görməzdən gəliblər. Övladlarını gizləyənlər bir başa RİH-nin tabeçiliyində olanlar olub. Belə bir mövqedən sonra yaxşı nə gözləmək olar. Yazdıqlarım konkret və qərəzsiz faklardır. Düşünürəmki, bütün bu sadalıqlarımdan sonra övladıma iş istəməyə haqqım olar. Ali Baş Komandan hər dəfə müharibə iştirakçılarına xüsusi diqqət ayırmağı tövsiyyə edir. RİH-nin diqqəti nədən ibarətdir? Bəlkə va mən bilmirəm,varsa yazın xahiş edirəm.
Amma bu yazım işıq üzü görəndən sonra mənə qarşı yenə birilərinin münasibəti dəyişəcək.Yazdıqlarıma hər hansı ədalətli qurum qarşısında açıqlamaya hazıram".

Xatırladaq ki, Yardımlı rayonu hazırda ölkənin ən ucqar dağətəyi rayonu kimi sosial-iqtisadi problemləri daha çox qaynamaqda olan rayondur.

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...

“Belə pul qazanmaq əxlaqsızlıqdır“ - Turizm şirkətlərinin qanunsuz qazanc yeri