kanal1

Bakıda MTK sədrinin özbaşınalığı: Qarajı sökdürdü

Tarix:5-01-2022, 14:00
Baxış Sayı:17

Bakıda MTK sədrinin özbaşınalığı: Qarajı sökdürdü

Bakıda Mənzil və Tikinti Kooperativinin (MTK) sədri başqasının əmlakını qəsdən məhv edib.

Hadisə nəticəsində zərərçəkmiş şəxsə ziyan vurulub.

Belə ki, MTK sədri 0,5810 hektar torpaq sahəsinin sədri olduğu Kooperativə verilməsinə çalışıb.

Məqsəd isə bu olub ki, həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisi layihələndiriləcək.

2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ümumi ərazisi 18 kvadratmetr olan qaraj sökülüb.

Bundan əvvəl isə qarajın sahibi ilə MTK sədri kompensasiyanın məbləğində razılığa gələ bilməyiblər.

MTK sədri vətəndaşa ümumilikdə 14 400 manat ziyan vurmaqla onun əmlakını qəsdən məhv edib.

MTK sədri ifadəsində göstərib ki, dəfələrlə zərərçəkmiş şəxslə kompensasiyanın məbləğinə dair müzakirə aparıb.

"Onun qarajı binanın 1-ci blokunun tikintisinə maneə yaradırdı. Mən öz adamlarımdan birini göndərmişdim və qarajın sahibi ilə görüş keçirmişdi. O, bizdən 60 000 manat pul tələb edirdi. Biz isə bildirirdik ki, rəsmi mülkiyyət hüququnu təsdiq edən sənədi olan qarajlar üçün 8 000-10 000 manat arasında pul verə bilərik”, - MTK sədri bildirib.

İstintaq zamanı isə həmin qarajın orta bazar qiymətinin 35 000 manat olduğu müəyyən edilib.

Məhkəmə MTK sədrini Cinayət Məcəlləsinin 186.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirli bilib.

Ancaq onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

QEYD: Məhkəmə istintaqının materiallarında nə təqsirləndirilənin, nə də zərərçəkən şəxsin adı çəkilib./oxu

Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi