kanal1

Ermənilər çox uçur, yoxsa AZAL-la uça bilmirik? - FAKT BUDUR!

Tarix:5-01-2022, 11:48
Baxış Sayı:23

Ermənilər çox uçur, yoxsa AZAL-la uça bilmirik? - FAKT BUDUR!

Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Ermənistan hava nəqliyyatı ilə sərnişindaşıma statistikasını açıqlayıb.

ictiamilider.az axar.az-a istinadən xəbər verir ki, AZAL 2021-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) hava nəqliyyatı ilə bir milyondan bir az çox (1.003.300 ) sərnişin daşıdığını bildirib. Hətta bu, ötən illə müqayisədə 81,2 faiz çoxdur.

Ermənistanın açıqladığı rəqəmə görə isə 2021-ci ilin 11 ayı ərzində bu ölkəyə 1.055.015 nəfər gəlib, 1.124.460 nəfər isə gedib – yəni hava nəqliyyatı ilə 2.179.475 adam daşınıb.

Olduqca maraqlıdır: necə ola bilir ki, 2 milyonluq Ermənistanda 11 ay ərzində 2.2 milyon adam hava nəqliyyatından istifadə edir, 10 milyonluq Azərbaycanda isə 1 milyon? Üstəlik, nəzərə alsaq ki, hava daşımalarına Naxçıvana uçuşlar da aiddir, onda bu rəqəmin əhəmiyyətli hissəsinin daxili daşımalara aid olduğu üzə çıxar.

Əlbəttə, bunun səbəbi o deyil ki, azərbaycanlılar uçmaq istəmir. Sadəcə, AZAL qiymətlərinin həddən artıq çox olması səbəbindən azərbaycanlılar daha çox Gürcüstandan və yaxud Naxçıvana maşınla gedərək, ordan da avtobuslarla səyahətə üstünlük verirlər.

Gürcüstan hələ statistikanı ictimaiyyətə açıqlamayıb. Gürcüstan hava daşımaları ilə bağlı statistikanı açıqlayanda bəlli olacaq ki, bu ölkənin hava daşımalarında azərbaycanlıların hesabına nə qədər artım var.

Xatırladaq ki, bir müddət öncə deputat Aqil Abbas da AZAL-ın qiymətlərindən şikayətlənmişdi. O, Zəngəzur dəhlizinin açılmasını gözlədiyini, ordan İrəvana gedəcəyini və Türkiyəyə 80 manata bilet alacağını bildirmişdi.

Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi