kanal1

Əşrəf Hacıyevin XOŞBƏXTLİK RESEPTİ... - İşin içində iş var...

Tarix:3-01-2022, 11:47
Baxış Sayı:248

Əşrəf Hacıyevin XOŞBƏXTLİK RESEPTİ... - İşin içində iş var...

Son günlər cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri “Gallup” təşkilatının keçirdiyi sorğudur.

ictimailider.az AzToday.az-a istinadən xəbər verir ki, “Gallup” sorğu keçirib və məlum olub ki, azərbaycanlılar dünyanın ən xoşbəxt xalqları arasında 5-ci sırada qərarlaşıb.

İnsanlar da haqlı olaraq belə bir məlumata inanmaq istəmirlər və haqlı olaraq soruşurlar ki, “Gallup” kimi nüfuzlu təşkilat belə bir nəticəyə necə gələ bilər?
Əşrəf Hacıyevin XOŞBƏXTLİK RESEPTİ... - İşin içində iş var...

Jurnalist Allahverdi Aydın “Gallup”un Azərbaycandakı tərəfdaşları ilə bağlı ilginc məlumatlar yayıb. Onun sözlərinə görə, “Gallup”un Azərbaycan tərəfdaşı “SIAR Research and Consulting Group” adlı təşkilatdır: “Bu təşkilat 500 insan arasında telefon vasitəsilə sorğu keçirib və sorğuda iştirak edənlərin 32% özünü “çox xoşbəxt”, 42%-i isə “xoşbəxt” hesab etdiyini qeyd edib. Nəticədə dünyada (daha doğrusu 44 ölkə arasında) 5-ci olmuşuq.

500 respondent sorğu üçün kifayət qədər böyük rəqəmdir. Sadəcə olaraq problem respondentlərin seçilmə kriteriyasındadır. Belə görünür ki, “SIAR Research and Consulting Group” seçimində obyektiv olmayıb və nəticəyə təsir edəcək “məqsədli” seçim edib…

… Ya da “məqsədli” seçim etməyə məcbur olub.

Çünki, “SIAR Research and Consulting Group”a daxil olan şirkətlərin hazırda 167 min 10 manat 13 qəpik vergi borcu var. Bu qədər vergi borcuna görə Azərbaycanda istənilən adamı həbsə atmaq olar. Yaxın tarixdə tanınmış şəxslərin nümunəsində belə hallarla qarşılaşmışıq.

“SIAR Research and Consulting Group”a daxil olan şirkətlərin vergi borcu belədir:
– “SİAR-CONSULTİNG” MMC (VÖEN-1400592031) – 46 322,4 manat
– “SİAR” MMC (VÖEN-1400633551) – 10 360,09 manat
– “SİAR İNTELLİGENCE” MMC (VÖEN-1403080201) – 37 482,39 manat
– “SİAR HEALTHCARE” MMC (VÖEN-1403080461) – 13 578,30 manat
– “SİAR TRACKİNG” MMC (VÖEN-1403144531) – 26 689,79 manat
– “SIAR-MEDIA” MMC (VÖEN-1400591931) – 32 577,16 manat

İndi siz deyin bu qədər vergi borcu olan şirkət necə obyektiv sorğu keçirə bilər?”.

Qeyd edək ki, “SIAR Research and Consulting Group”un xoşbəxt direktoru Əşrəf Hacıyevdir...
Əşrəf Hacıyevin XOŞBƏXTLİK RESEPTİ... - İşin içində iş var...

Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
Leyla Əliyeva ağacəkmə aksiyasında - FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
Azərbaycanda məşhur şirkət LƏĞV EDİLİR
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
“COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı
Prezident bu nazirə ali xüsusi rütbə verdi
Prezident bu nazirə ali xüsusi rütbə verdi
“Əmək miqrantlarına ehtiyacımız var”
“Əmək miqrantlarına ehtiyacımız var”
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
 İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."