kanal1

Tanınmış iqtisadçıdan Sahil Babayevə TƏKLİF - "403 milyon manatı..."

Tarix:30-12-2021, 19:35
Baxış Sayı:36

Tanınmış iqtisadçıdan Sahil Babayevə TƏKLİF - "403 milyon manatı..."

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama görə, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı (ÜDSY) alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 48 milyon 800 min manat ayrılıb. Bu vəsaitin bir hissəsi həmin tarixə ÜDSY alan, təxminən 50 min ailə arasında bölüşdürüləcək.

ictimailider.az AzToday.az-a istinadən xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlu sosial yardım alan ailələrlə bağlı ilginc statistika açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ilin birinci yarısında ÜDSY 84 min 600 aztəminatlı ailəni əhatə edirdi:

“Baxın, ölkədə qiymətlər bahalaşıb, işsizlik və yoxsulluq artıb, amma ÜDSY alan ailələrin sayı 1,7 dəfə azaldıblar. Bu o deməkdir ki, son il yarımda əvvəllər ÜDSY alanların bir qisminin dolanışığı yaxşılaşıb və onlar yoxulluqdan çıxıblar, ona görə də ÜDSY-ləri kəsilib. Halbuki, ÜDSY ehtiyacı olan ailələrin sayı yüz minlərlədir.
Yeri gəlmişkən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri 2021-ci il üzrə fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib ki, DSMF-nin 2021-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 403 mln. manat və ya 8,5 faiz çox olmaqla 5152 mln.manat təşkil edib. Mən də təklif edirəm ki, 403 milyon manatı pensiyaçılara hədiyyə etsinlər. Bərabər bölüşdürsələr hər pensiyaçıya 336 manat düşür, bayramqabağı 100 manata da razılaşmaq olar. Pensiyaçılar üçün 100 manat da böyük puldur”.

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?