kanal1

"Araz" marketin SEHRLİ QUTUSU... - Belə də olurmuş...

Tarix:28-12-2021, 12:45
Baxış Sayı:34

"Araz" marketin SEHRLİ QUTUSU... - Belə də olurmuş...

Sosial şəbəkə istifadəçisi Kəmalə Mikayılzadə “Araz” supermarketlər şəbəkəsinə məxsus marketdən aldığı hədiyyə qutusunu açanda xoş olmayan sürprizlə qarşılaşıb. İstehlakçı sosial media postunda bununla bağlı paylaşıb edib: ““Araz” marketdən (Murtuza Muxtarov küçəsi) 4 manat 9 qəpiyə hədiyyə almışam. İçindən çıxana baxın. Yeyib, kağızını da büküb içinə qoyublar”.
"Araz" marketin SEHRLİ QUTUSU... - Belə də olurmuş...

ictimailider.az-ın məlumatına görə, vətəndaş AYNA-ya açıqlamasında deyib ki, hədiyyə qutusunu təsadüfən açıblar: ““Sehirli qutu” yazıblar, doğrudan da “sehirlidir”. Hədiyyə qutusunu elə hədiyyə etmək üçün almışdım. Amma nəvəm əlini uzadıb istədi deyə dedim, eybi yoxdur, yenisini alaram. Nəvəm də balacadır. Qutunu açır, baxır, maraqlanır. Bu zaman qutudan içiboş şirniyyat kağızı düşdü. Həm pis oldum, həm də sevindim ki, nə yaxşı başqasına hədiyyə etməmişəm”.
"Araz" marketin SEHRLİ QUTUSU... - Belə də olurmuş...

“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva məsələ ilə bağlı AYNA-ya açıqlamasında bildirib ki, şikayətlə bağlı sözügedən supermarketlə əlaqə saxlanılıb: “Market daxilində hədiyyə qutusuna heç bir müdaxilə edilməyib. “Araz” Supermarketlər şəbəkəsi olaraq təəsüüf edirik ki, müştərimiz belə bir halla qarşılaşıb. Dəyərli müştərimizin şikayəti əsasında məsələ araşdırıldı, kamera görüntülərinə baxıldı. Bəlli oldu ki, hədiyyə qutusuna market daxilində heç bir müdaxilə edilməyib”.

“Xatırladım ki, həmin hədiyyə qutuları “Araz” da daxil olmaqla, bütün şəbəkələrdə satılır və marketləri bu məhsullarla tədarükçülər təmin edir. Heç bir hədiyyə qutusu marketdə yığılmır, bu səbəbdən də biz yaranan vəziyyətlə bağlı tədarükçüləri məlumatlandırdıq və araşdırılma aparılmasını tələb etdik. Təkrar bildirmək istəyirəm ki, dəyərli müştərimizin bizdən asılı olmayan səbəbdən yaşadığı narahatlıq bizi çox təəssüfləndirir və buna görə ondan üzr istəyirik”, - deyə şirkət təmsilçisi söyləyib.

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?