kanal1

ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...

Tarix:28-12-2021, 11:45
Baxış Sayı:31

ADAU-da NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR...

Xatırladaq ki, biz dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) baş verən qanunsuzluqlar haqda tənqidi məqalələr dərc etmişik.

ictimailider.az xəbər verir ki, bu barədə aktualxeber.az saytı məlumat yayıb.

Redaksiyamıza yeni məlumatlar daxil olubdur. Belə ki, təxminən 10 gün bundan əvvəl ADAU-nun menecment ixtisasının məzunu olmuş və hal-hazırda Gəncədə yerləşən Kəpəz TV-də işləyən Valeh Əsədov adlı şəxs öz facebook səifəsində rektor İbrahim Cəfərov və ADAU-dakı yarıtmaz təhsil barədə status paylaşmışdır. Bu mətni oyuyaraq hiddətlənən rektor dərhal dostu deputat Naqif Həmzəyevlə birlikdə Kəpəz TV-yə gedərək müdirini və V. Əsədovu çağıtdırıb, işdən çıxartdıracağı ilə hədələyərək yazını gecəylə sildirmişdir. Onu da qeyd edək ki, tələbəlik dövründə Valeh Əsədov ADAU-nun Tələbə Gənclər Təşkilatına rəhbərlik etmişdir və orada baş verənlərə daha yaxın bələd olan şəxslərdəndir.
Bundan əlavə bir neçə gün bundan əvvəl Aqrotexnologiya korpusunda marketinq ixtisasında II kursda oxuyan tələbəni dekan Əfqan Hüseynovun tapşırığı ilə, korpusun həyətində ADAU-nun işçiləri döymüşlər. Bu hadisədən xəbər tutan rektor İbrahim Cəfərov məsələni aydınlaşdırmaq və günahkarları cəzalandırmaq yerinə, tələbənin ADAU-dan qovulmasını tapşırır. Məsələni bilən tələbənin valideyni hər yerə şikayət edəcəyini və onun oğlunun günahsız olduğunu təkidlə bildirdikdən sonra, rektor tələbəni qovmaq fikrindən daşınır. Bu faktın özü ADAU-da anarxiyanın hökm sürdüyünün bariz nümunəsidir. Ümidvarıq ki, əlaqədar təşkilatlar zamanında lazımi ölçü götürəcək və günahkarları cəzalandıracaqlar.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?