kanal1

205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir - GİLEY

Tarix:27-12-2021, 20:01
Baxış Sayı:218

205 nömrəli məktəbə istilik verilməyib, şagirdlər dərsə getmir - GİLEY

Qış fəsli olmasına baxmayaraq, Bakıda 205 nömrəli məktəbə istilik verilməyib.

ictimailider.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verilib. Onların sözlərinə görə, valideynlər bu səbəbdən uşaqlarını məktəbə buraxmırlar. Müəllimlər isə bütün günü boş-bekar oturub, dərs demədən geri qayıdır.

Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, paytaxtdakı 205 nömrəli tam orta məktəbin binası Dövlət Proqramı çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə sökülərək yenidən tikilib və 2021-2022-ci tədris ilindən istifadəyə verilib:

"Məktəbin yeni inşa olunmuş binasının qaz xətinin müvafiq sənədləri, eyni zamanda yeni binanın istismara qəbul sənədlərinin hazırlığı tam yekunlaşmadığı üçün təhvil-təslim prosesi başa çatmayıb. Bu səbəbdən məktəbə "Azəriqaz” tərəfindən qaz verilməyib və hazırda məktəb istiliklə təmin olunmur.

Nəzərinizə çatdırırıq ki, yaranmış problemin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla müvafiq danışıqlar aparılır və məsələnin həlli diqqət mərkəzində saxlanılır”.

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?