kanal1

Ağsuya normal rəhbər NƏ ZAMAN TƏYİN OLUNACAQ? - Camaat soruşur...

Tarix:23-12-2021, 13:28
Baxış Sayı:34

Ağsuya normal rəhbər NƏ ZAMAN TƏYİN OLUNACAQ? - Camaat soruşur...

"Nə Ənvər Seyidəliyevin vaxtında, nə də indi - Rövşən Bağırovun vaxtında biz Ağsu camaatının üzü gülmədi ki, gülmədi. Bu gün başdan-başa problemlər içində olan Ağsuda icra başçısı əməlli-başlı rejim qurub". DİA.AZ bildirir ki, bu barədə ağsulular adından edilən müraciətdə qeyd olunur.

Sakinlər yazır ki, Rövşən Bağırov gəldiyi gündən sahibkarları açıq-aşkar hədəfə alıb:

"Ağsu elə bir rayondur ki, burda təsərrüfatla məşğul olanların əksəriyyəti kənardan gəlmələrdir. Yerli camaat da məcbur olub müxtəlif iaşə obyektləri hesabına ailəsini dolandırırdı. Amma Rövşən Bağırov gələndən Ağsuda yolkənarı biznesi qadağan etdi. Dedilər ki, guya bu obyektlər turistlərin gəlişinə mane olur. Təklif verdik ki, hansı formada istəyirsinizsə, obyektlərimizi müasirləşdirə bilərik. Amma razılaşmadılar.

Məlum oldu ki, turstlər bəhanə imiş. Başdan-başa yamaq içində olan Ağsudan turistləri qaçıran bizim obyektlər idimi?"

Sakinlər adından yazılan müraciətdə ölkə başçısından Ağsuya yeni başçının göndərilməsi də xahiş edilir:

"Sənab Prezident. Biz hər zaman Sizi dəstəkləmişik. Bundan sonra da Sizin siyasətə sadiqik. Amma Ağsu camaatı artıq yorulub. İcra başçısının qəbuluna da düşə bilmirik. Bizə xalqı eşidən bir başçı göndərməyinizi xahiş edirik".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?