kanal1

Burda dövlətin qanunları da, siyasəti də keçərli deyilmiş... - GİLEY

Tarix:22-12-2021, 13:29
Baxış Sayı:77

Burda dövlətin qanunları da, siyasəti də keçərli deyilmiş... - GİLEY

Sumqayıtda fəaliyyət göstərən ərzaq mağazaları barədə növbəti şikayət olub. DİA.AZ xəbər verir ki, şəhər sakini Kamal Almuradlı "Ordubad" marketdə bazarlıq zamanı xoşagəlməz halla üzləşib. O hadisəni belə nəql edir:

"Seçdiyim məhsulların ödənişini etmək üçün kassaya yaxınlaşanda ödənişi kart vasitəsi ilə edəcəyimi bildirərək həmin marketin bonus kartını təqdim etdim. Lakin kassir xanım kartla ödəniş zamanı bonus karta vurmadıqlarını söyləmişdir. Kassirin mənim "niyə" sualıma isə cavabı belə olmuşdur: "Rəhbərlik qərar verib ki, yalnız nəğd ödəniş bonus karta vurula bilər".
Həqiqətən də üzücü məqamdır. Ölkə rəhbərinin nağdsız hesablaşma ilə bağlı imzaladığı sərəncamlar, Milli Məclisin verdiyi qərarlar, İqtisadiyyat nazirliyinin saysız hesabsız təşviq və təbliğinə qarşı çıxan market sahibi dolayı yolla nəğd ödənişi təbliğ etmiş olur. Yəqin ki, bu postdan nəticə çıxarılaraq ya bonus kart ləğv olunar, ya da market sahibi tərəfindən verilən qərar.
P.S. Mağazada vaxtı keçmiş eyni məhsulla bağlı ikinci dəfə iradımı bildirdim. Vətəndaşların sağlamlığı hər birimiz üçün önəmli olmalıdır!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dia.az

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?