kanal1

Müəllimlərdən pul yığan direktor Abid Şərifovun bacısı qızıdır - Video

Tarix:17-12-2021, 13:36
Baxış Sayı:35

Müəllimlərdən pul yığan direktor Abid Şərifovun bacısı qızıdır - Video

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısının yayılması böyük ajiotaja səbəb oldu. Bu məsələ sosial şəbəkələrdə bir neçə gün müzakirə olunandan sonra araşdırma başladı.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məsələnin nəzarətə götürüldüyünü, müvafiq tədbirlər görüləcəyini bildirsə də, hələki "araşdırma”nın nəticəsindən səs-soraq yoxdur.

Ortada kifayət qədər ciddi sübutun omasına rəğmən məktəb direktorunun postunu qoruya bilməsinə səbəb nədir?

Təhsil Nazirliyindəki mənbə Yenisabah.az-a Ceyran Quliyevanın hansı səbəbdən cəzalandırılmamasının səbəbini açıqlayıb. Mənbə xanım Quliyevanın bu vəzifəyə sabiq Təhsil naziri Misir Mərdanov tərəfindən təyin olunduğunu bildirib. Onun sözlərinə görə, Ceyran Quliyevanın fəaliyyətilə bağlı həmişə şikayətlər olsa da, BŞTİ-nin heç bir rəisi onu işdən çıxarmağa cəsarət etməyib.

"Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır. O, uzun illərdir ki, dayısının sayəsində vəzifədə qala bilib. Hazırda Abid Şərifov təqaüddə olsa da, əvvəlki nüfuzunu qoruya bildiyinə görə, yaxın ətrafı da ondan faydalanır”./yenisabah

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?