kanal1

Avropada qaz böhranı: Azərbaycan Rusiyaya rəqib deyil, lakin... - NƏ ETMƏLİ?

Tarix:16-12-2021, 19:42
Baxış Sayı:35

Avropada qaz böhranı: Azərbaycan Rusiyaya rəqib deyil, lakin... - NƏ ETMƏLİ?
Prezident İlham Əliyev İspaniyanın “El Pais” nəşrinə müsahibəsi zamanı bir sıra vacib məqamlara toxunub. Bildirib ki, Azərbaycan qazının Rusiya qazına alternativ olmasına dair müzakirələr zamanı şişirtmələrə yol verilir.

Dövlət başçısının sözlərinə görə, rusiyalı həmkarı Vladimir Putin indiyə qədər bununla bağlı hər hansı narahatlığını ifadə etməyib: “İldə bir neçə dəfə mütəmadi olaraq görüşür və davamlı olaraq telefonla danışırıq, amma o, heç vaxt belə məsələ qaldırmayıb. Bu rəqabət məsələsi çox şişirdilib və heç bir əsas olmadan siyasiləşdirilib. Bizim qaz təchizatımız Rusiya ilə heç bir şəkildə rəqabət apara bilməz”.

Prezident Azərbaycanın böyük təbii qaz yataqları olduğunu xatırladıb: “Hazırkı Avropada qaz böhranını təhlil etsəm, mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim böyük təbii qaz yataqlarımız var. Amma Avropaya ənənəvi təbii qaz tədarükü ilə müqayisədə daha qısa nəql marşrutumuz mövcuddur”.

Ölkə rəhbəri əlavə edib ki, Azərbaycan qazı Avropa bazarları üçün yenidir, çünki Avropa İttifaqında və quruma üzv olmayan bəzi ölkələrdə hasilat azalır: “Hamımız bilirik ki, bəzi ölkələrin enerji strategiyası ilə bağlı qəbul etdiyi qərarlar səbəbindən Avropada təbii qaza tələbat artacaq. Burada Azərbaycan etibarlı tərəfdaş, Avropanın dostu kimi yardım edə bilər”.

ictimailider.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev AYNA-ya açıqlamasında deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır: “Avropada mavi yanacağa olan tələbatın artması ölkəmizin əhəmiyyətini daha da artırmaqdadır. Avropa qaz bazarlarında Azərbaycan qazına olan tələbat artıb. Təəssüflər olsun ki, bəzi qüvvələr bu əsnada Azərbaycan qazının Rusiya qazına rəqib olmasına dair fikirlər tirajlayırlar. Müzakirələr zamanı çox böyük şişirtmələrə yol verir və məsələni siyasişləşdirməyə cəhd edirlər. Lakin bu, qətiyyən belə deyil. Dəfələrlə bu məsələ gündəmə gəlsə də, rəsmi Moskva buna hər hansı bir formada etiraz bildirməyib. Cənab Prezident İlham Əliyevin Avropa mətbuatına son müsahibəsi zamanı səsləndirdiyi fikirlər də bunun təsdiqi rolunda çıxış edir”.

“Cənab Prezident çox düzgün vurğuladı ki, Azərbaycan qazı Rusiya qazına rəqib deyil. Dünya bazarında mavi yanacağa tələbatın artdığı bir dövrdə Avropa bazarları alternativ qaz mənbələri axtarışındadır. Azərbaycan da alternativ yollardan biridir və Rusiya amilinin bu məsələdə qabardılması əsassızdır. Bu, sadəcə olaraq regional vəziyyəti gərginləşdirmək və siyasiləşdirmək məqsədi daşıyır. Buna qədər ölkəmiz daha çox neft ölkəsi kimi tanınırdısa, artıq təbii qaz yataqlarının işlənməsi, TAP və TANAP layihələri vasitəsilə Avropa bazarlarına nəqli Azərbaycanın təbii qaz istehsalçısı olaraq dünyada əhəmiyyətini artırıb. Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya nəqli, Türkmənistan, İran və Azərbaycan arasında əldə edilən son razılaşma da diqqətdən yayınmamalıdır”, - deyə deputat bildirib.

Həmzəyevin sözlərinə görə, Azərbaycan qazı bir çox Avropa dövlətlərinə idxal olunur: “Bir ilə yaxındır istehsal etdyimiz mavi yanacaq İtaliyaya, Yunanıstana, Türkiyəyə və Gürcüstana çatdırılır. Gələcəkdə digər Şərqi Avropa ölkələri də Azərbaycan qazından istifadə etmək niyyətindədir. Yeni təbii qaz yataqları da mövcuddur və bu yataqlar da işlənəcək. Yaxın 10 ildə Azərbaycan Avropanın qaz təminatında müstəsna rol oyanacaq. Bu da, heç şübhəsiz, ölkəmizin beynəlxalq miqyasda əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycan iqtisadiyyatına da çox müsbət təsir göstərəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli də AYNA-ya şərhində söyləyib ki, Prezidentin Avropa mətbuatına son müsahibəsi zamanı söylədiyi fikirlər reallığı əks etdirir: “Bu gün Avropanın illik 500 milyard kubmetr qaz tələbatı var. Bunun 170-180 milyard kubmetrini - təxminən 30 faizdən artıq hissəsini Rusiya təmin edir. Azərbaycan isə illik 10 milyard kubmetr qaz istehsal etmək gücündüdədir. Lakin TAP və TANAP layihəsi, yəni Cənub Qaz Dəhlizi vasitəsilə il ərzində 32-34 milyard kubmetr qaz nəql etmək mümküdür. Bu mənada digər alternativ qaz mənbələrinin də bu kəmər vasitəsilə daşınması nəzərdə tutulub. Bu statistik göstəricilər real mənzərəni ortaya qoyur”.

“Avropa Birliyi Rusiyadan qaz asılılığına son qoymaq üçün alternativ mənbələr axtarır. Əmindir ki, bu asılılıq Rusiyanın Avropa üzərində siyasi təsir imkanlarını saxlayır. Bu baxımdan gələcək perspektivdə Rusiya qazından olan asılılığı minimuma endirmək istəyir. Türkmənistan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan üzərindən daşınması, İran, Türkmənistan və Azərbaycan arasında əldə edilən razılaşma bu qəbildəndir. Prezident İlham Əliyevin ispan mediasına müsahibəsi zamanı söylədiyi fikirlər reallığa uyğundur. Çünki Rusiya daha böyük qaz istehsalçısı və idxalçısıdır. Lakin Moskva onu da anlayır ki, hazırda regional vəziyyət onun xeyrinədir və bu baxımdan hər hansı narahatlığa ehtiyac duymur”, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Bakının mərkəzində "Pilot Residence” MTK tərəfindən sakinlərin həyatına biganəlik — VİDEO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Əziz Əzizov bacısı oğlunu özünə köməkçi təyin etdi - FOTO
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tacir Şahmalıoğludan SƏRT AÇIQLAMA: “Vəfanın başını pul qarışdırıb”
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir