kanal1

Sahil Babayevin nazirliyi daha bir Qazini intihar həddinə çatdırıb - "İntihar etmək istəyirəm... Bezmişəm artıq!"

Tarix:8-12-2021, 14:10
Baxış Sayı:436

Sahil Babayevin nazirliyi daha bir Qazini intihar həddinə çatdırıb - "İntihar etmək istəyirəm... Bezmişəm artıq!"

44 Günlük Vətən Müharibəsində fədakarlıq edərək, torpaqlarımızı düşməndən azad edən Qazilərimizə olan saymamazlıq davam edir. JAMAZ.İNFO xəbər verir ki, müharibənin bitməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də döyüşlərdə iştirak etmiş və yaralanmış Qazilərimizin statusu müəyyən edilməyib. Yaralananlara isə əlillik dərəcəsi verilməyib.

Qeyd edək ki, məhz bu laqeydlik səbəbindən indiyə qədər bir neçə Qazimiz intihar edib. Lakin davam edən bu özbaşınalıq və hökumətin yarıtmaz əməlləri üzündən daha bir Qazi intihar edəcəyini açıqlayıb. Daha doğrusu, düşdüyü ağır durumdan dolayı intihardan başqa yolunun qalmadığını deyir.
Sahil Babayevin nazirliyi daha bir Qazini intihar həddinə çatdırıb - "İntihar etmək istəyirəm... Bezmişəm artıq!"

Söhbət Cəbrayıl uğrunda gedən döyüşlərdə ağır yaralanmış Rəşid Nuraxmedovdan gedir. JAMAZ.İNFO bildirir ki, Nuraxmedov Cəbrayıl uğrunda gedən döyüşlərdə hərbi maşının vurulması nəticəsində ağır yaralanıb. Belə ki, onun bədəni ağır şəkildə yanıb, gözlərindən və əlindən ciddi xəsarət alıb. Hadisə şahidlərininsözlərinə görə, düşmən tərəfindən vurulan hərbi maşınmızda olan heyətin hamısı Şəhid olub. Onlardan yalnız Rəşid Nuraxmedov sağ qalıb. O da yarıcan vəziyyətdə.

Bildirək ki, bir əli işləməyən, ciddi görmə problemi ilə üzləşən Qazimizə indiyə qədər nə əlillik dərəcəsi verilib, nə də təqaüd kəsilib. Əksinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilıdiriblər ki, Rəşidin gözləri düzəlib və o, işləyə bilər. Halbuki Qazimizin bir əli işləmir. Gözləri isə görmür. Bədənindəki yanıqlar da tam sağalmayıb.

Sahil Babayevin nazirliyi daha bir Qazini intihar həddinə çatdırıb - "İntihar etmək istəyirəm... Bezmişəm artıq!"

Özü deyir ki, qapılarda qalıb. “Çarəsiz durumdayam. Rəsmi qurumların qapılarında qalmışam. Deyirlər ki, işləyə bilərəm. Gözlərim yaxşı görmür. Bir əlim isə işləmir. Necə işləyim? İntihar etmək istəyirəm. Bezmişəm artıq”.

Bu əsnada onu da bildirək ki, Rəşid Nurəhmədov müharibədə ağır yaralandıqdan sonra uzun müddətdir müalicə alır. O, müharibədən əvvəl işlədiyi yerdən də çıxarılıb. Səbəb kimi, əmək fəaliyyətinə yararsız olması göstərilib.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər