Google-da Elman Rüstəmov yazan kimi palaz-palaz yazılar, qışqıran başlıqlar gəlir:
Elman Rüstəmov ikinci arvadını harada saxlayır..?
Elman Rüstəmovun Londondakı, Kiprdəki mülkləri, villaları, şirkətləri...
Elman Rüstəmovun qızının avtomobil kolleksiyası....
Və daha nələr...
Söhbət Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdan gedir.
Gəlin Elman Rüstəmovun ömür yoluna nəzər salaq:
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının Sədri vəzifəsinə təyin edilmişdir.
2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir.
Deməli, bu adam sabiq prezident Ayaz Mütəllibovun sevimlisi kimi 1991-ci ildə Prezident Aparatında çalışıb.
Ayaz Mütəllibov getdi, prezident Əbülfəz Elçibəy oldu.
Və o, 1992-ci ildə Elman Rüstəmovu Milli Banka sədrin 1-ci müavini təyin etdi.
Elçibəy getdi. Elman Rüstəmov nəinki vəzifəsində qaldı, hətta 1995-ci ildə Milli Bankın sədri oldu. Və bu günədək, yəni 30 ilə yaxındır ki, Milli, sonra Mərkəzi Bankı sanki əridir.
İndi gördünüzmü, Elman Rüstəmov təkcə Prezidentləri deyil, yüzilliyi, əsri, hətta 2-ci minilliyi yola saldı və 3-cü minilliyə gəlib çıxdı.
Bunun sirri nədir ?
Bəlkə Elman Rüstəmov ölkənin bank sistemini çiçəkləndirib ?
Xeyir, bir neçə il əvvəlki devalvasiyanı yadınıza salın.
Bu adam ölkənin bank sistemini bərbad günə qoyub.
Ancaq özünün və ailəsinin şəxsi biznesini çiçəkləndirib.
Bu adam təkcə ölkənin bank sistemini deyil e, şahmatını da məhv edib.
Şahmatçılar bu adamın əlindən beziblər.
Təsəvvür edirsiniz, 15 il Şahmat Federasiyasının sədri olaraq bu adam dünyada ölkəmizi təmsil edən şahmatçılara normal pul verməyib.
Bütün bunlar azmış kimi Elman Rüstəmov nazirlərə, komitə sədrlərinə təzyiq edir.
Bəli, vaxtilə Baş Prokurorluq ağacların qanunsuz kəsilməsinə görə Bakının məşhur şadlıq saraylarından biri - "Planet"in rəhbərinin həbsi barədə məlumat yaymışdı.
Söhbət Nizami rayonu ərazisində "Karvan-K" İstehsalat Kommersiya Şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı xeyli sayda ağacların, yaşıllığın məhv edilməsindən gedirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələndə baş bankirin bibisi oğlu, “Planet”in rəhbəri Talıb Quliyev nazirliyin əməkdaşlarını döymüşdü, təhqir edərək qovmuşdu.
Təsəvvür edirsiniz, Talıb Quliyev qohumu Elman Rüstəmova nə dərəcədə arxayındırsa, nazirlriyin işçilərini döyüb təhqir edir.
Araşdırmanın sonu nə oldu?
Hadisə yerində çalışan fəhlələr qanunsuz ağac kəsdikləri üçün həbs edildilər. Talıb isə yenə də kefində…
Baş prokurorluq işi araşdıranda soruşmadı ki, fəhlənin bu işdə nə günahı var?
Fəhləyə Talıb pul verib ağacları kəsdirib.
Əlbəttə, Talıbın arxasında dayanan Elman Rüstəmov Baş prokurorluğa, Ekologiya nazirliyinə təzyiq edərək qohumunu xilas elədi, amma 2 fəhləni həbs etdirdi.
Maraqlıdır, nazirlik əməkdaşlarına qarşı kobud davranış sərgiləyən Talıb Quliyevə qarşı niyə tədbir görülmədi?
Əgər nazirliyin rəsmi açıqlamasında deyildiyi kimi, ağaclar Talıb Quliyevin göstərişi ilə kəsilibsə, niyə yalnız icraçılar tutulub?
“Planet” şadlıq sarayının sahibi kimi təqdim olunan Talıb Quliyev "təsadüfi adam" deyil, o, Elman Rüsətmovun bibisi oğlu və biznes ortağıdır.
“Planet” şadlıq sarayı da əslində Elman Rüstəmovundur.
Ağacların kəsildiyi ərazini də Elman Rüstəmov alıb.
Onu da qeyd edək ki, Talıb Quliyev təkcə restoran biznesi ilə məşğul olmur, o, həm də bir çox dövlət qurumlarının elan etdiyi tenderlərin də iştirakçısıdır. Məsələn, ona bağlı olan bir neçə MMC "Azərsu" ASC-nin tenderlərində də iştirak edib.
Əlbəttə, Elman Rüstəmovun qohumu olması ona bir çox dövlət qurumlarında "bağlı qapıları" açmağa kömək edib və "toxunulmaz şəxs" statusu qazandırıb.
Hətta məlumata görə, “Azərsu”nun sabiq şefi Qorxmaz Hüseynov Talıbın zibilinə düşüb.
Belə ki, Talıb Quliyevin Biləsuvarda, Lənkəranda, Ağcabədidə çəkdiyi kanalizasiya xətlərinin heç biri normal fəaliyyət göstərmir. Çünki bütün boruların dərinlikdə olan ötürücüləri quraşdırılmayıb, dəyəri milyonlarla olan avadanlıqlar hesabdan “silinib”. Bütün kanalizasiya xətləri bərbad durumdadır. Və bunun bədəlini Qorxmaz Hüseynov ödəməli oldu.
Əslində bu bahalı tenderləri udan Talıb deyildi, Elman Rüstəmov idi.
Talıb qohumu Elman Rüstəmovun hesabına o qədər pul qazanıb ki, 15-20 min dollara eşq macərası yaşayır. Hətta Ağstafalı ana-bala ilə böyük bir skandal yaşayır.
Bir müddət əvvəl Talıb Quliyev Sabunçunun icra başçısı ilə razılaşaraq Ramanı qəsəbəsində 10 hektar torpaq sahəsini hasara alıb, hətta özünə villa da tikdirib.
Talıb da başqa oliqarxlar kimi bahalı avtomobil kolleksiyasına sahibdir. Onun da övladları Almaniyada oxuyur, həyat yoldaşı da orada yaşayır.
Əslində Talıbın bu boyda sərvəti Elman Rüstəmova məxsusdur. Talıb kimdir ki, Ramanıda 10 hektar torpaq ala.
Yuxarıda qeyd etdiyimiz kimi Talıb bahalı eşq macəraları yaşayır. Yeri gəlmişkən, bir neçə il əvvəl Elman Rüstəmov da “dilindən” ilişmişdi, çağırıb başa saldılar.
Sözün qısası 30 ildə kimlər gəldi, kimlər getdi, Elman Rüstəmov isə deyəsən kresloya “bitib”, qopmaq bilmir.
Ancaq bir müddət əvvəl Elman Rüstəmovun Şahmat Federasiyası rəhbərliyindən uzaqlaşdırılması ona ciddi siqnaldır. Yəni çemodanını yığışdır, Elman Rüstəmov. (Ardı var). //gundelik-baku.com//