kanal1

"Emin 444" Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı - FOTO

Tarix:11-05-2019, 17:00
Baxış Sayı:69

"Emin 444" Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı - FOTO


Bakıda kriminal dairələrdə "Emin 444" və "Emin Massalinksi" ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib.

Beş.az xəbər verir ki, qətl qurbanının qardaşı Elçin Səfərov Oxu.Az-a verdiyi açıqlamada qətlin ehtimal olunan sifarişçisinin adını açıqlayıb.

Bundan əvvəl, mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlunun qətlə yetirildiyini xəbər vermişdik. Bir neçə nəfər arasında düşən davanın gedişatından E.Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib.

İlkin məlumata görə, məhkəmə tibbi ekspert müayinəsi zamanı meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.

Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Zaur Yusifov arasında ciddi münaqişə meydana gəlib. Z.Yusifov Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Zaur Yusifov sifariş edib:

"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Zaurun atası Əli Yusifov yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib",

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər