kanal1

İnam Kərimovun VAKSİN ƏMƏLİYYATI... - İDDİA

Tarix:26-11-2021, 17:57
Baxış Sayı:34

İnam Kərimovun VAKSİN ƏMƏLİYYATI... - İDDİA

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə heç bir münasibəti olmayan müəmmalı “şirkət” arasında müqavilə imzalanıb.
TİA.Az-ın verdiyi xəbərə görə, ən çox vəsait tələb olunan dabaq xəstəliyinə qarşı vaksinlərin əldə edilməsi məqsədilə Türkiyənin müvafiq nazirliyindən köməklik istənilib. Və razılıq alınıb.
Lakin müqavilə birbaşa Aqrar Xidmətlər Agentliyi ilə Türkiyənin dövlətə məxsus “Şap Enstitusi” arasında bağlanılmayıb. Qeyd etdiyimiz kimi müəmmalı şirkətin “xidmətlərindən” istifadə olunub.
Beləliklə Şap Enstitusundan alınacaq 9-10 milyon doz dabaq vaksini Azərbaycana 2.5 – 3 dəfə baha qiymətə başa gəlib.
Şap Enstitusunun qiymətləri: 1 doz üçün təqribən 0.29 – 0.35 dollardır. Ortaya xeyli suallar çıxır: Niyə əlavə iddiaçılar cəlb etmək məqsədilə heç bir tədbir görülmədən tender ləğv edilib ?
Müəmmalı şirkət hansı meyarlar əsasında seçilib? Niyə dabaq vaksini üçün müqavilə Şap Enstitusu ilə birbaşa bağlanmayıb?
Vaksinlər dəqiq olaraq büdcəyə hansı qiymətə başa gəlib? Görəsən bu əməliyyat zamanı nazir İnam Kərimov və AXA rəhbərliyi nə qədər qazanıb?

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma